Dünya, bu müsibət kimisini görməmişdir...
Mьəllif: admin1
Tarix: 1-08-2022, 12:29
Dünya, bu müsibət kimisini görməmişdir...
İmam Hüseynin (ə) müsibəti o qədər böyük və əhəmiyyətlidir ki, onun kimisini dünya görməmişdir.

İmam Həsən (ə) qardaşı İmam Hüseynə (ə) xitab edərək buyurur: “Heç bir gün və müsibət sənin müsibətin kimi olmayacaqdır”.

İmam Sadiq (ə) buyurur: “Hüseynin (ə) müsibəti – ən böyük müsibətdir”.

İmam Rza (ə) buyurur: “Hüseyn (ə) müsibəti biz Əhli-Beytin (ə) göz qabığını yara etmişdir və göz yaşlarımızı axıtmışdır”.

Ona görə də Hüseyn (ə) aşiqi Məhərrəm ayının gəlməsini gözləməz, nə zaman yaralı aşiqi yadına düşsə, ağlayar və nalə çəkər.

Hədisi nəql edən yazır: “Biz İmam Sadiqin (ə) yanında idik və İmam Hüseyni (ə) yada saldılar. İmam Sadiq (ə) ağlamağa başladı və biz də onunla birlikdə ağladıq.

Həzrət Sadiq (ə) buyurdu: “Hüseyn ibni Əli (ə) göz yaşı üçün ölüdürülmüşdür. Heç bir mömin onu yada salmaz, məgər o halda ki, ağlayar”.

Başqa hədisdə oxuyuruq ki, İmam Sadiqin (ə) yanında Hüseynin (ə) adı çəkilən zaman həmin günü heç kəs onu gülərüz görməzdi.

İmam Rza (ə) buyurur: “Atam İmam Kazım (ə) o zaman ki, Məhərrəm ayı gələrdi, şadlığın əsərini onda görməzdin. Davamlı olaraq qəmgin olardı, o zamana qədər ki, Məhərrəm ayının 10-u gəlib çatardı. O gün onun üçün müsibət, qəm və ağlamaq günü olardı”.

Hədislərdə oxuyuruq ki, keçmiş peyğəmbərlər (ə) belə, Allahın onları bu müsibətdən agah etməsi nəticəsində əza saxlamış və ağlamışdılar.

Ona görə də məzlum İmam (ə) üçün əza saxlamaq ancaq Məhərrəm ayına aid deyildir, bəlkə mömin hər bir zaman və məkanda İmamı (ə) yada salan zaman əza saxlamalıdır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031