İmam Rzanın (ə), İmam Hüseynə (ə) əza saxlamaqla bağlı 5 tövsiyəsi
Müəllif: admin1
Tarix: 22-09-2019, 10:05
İmam Rzanın (ə), İmam Hüseynə (ə) əza saxlamaqla bağlı 5 tövsiyəsi
Nəql edilir ki, məhərrəm ayının birinci günü İmam Rza (ə) ibni Şəbibə buyurur: “Oruc tutmusan? Bu gün – o gündür ki, Zəkəriyyə (ə) oruc tutmuşdu. Allah Yəhyanı (ə) ona əta etdi. Əgər hacətinizin yerinə yetməsini istəyirsinizsə, bu günü oruc tutun.

Məhərrəm o aydır ki, (hətta) cahiliyyət əhli ona hörmət edərdilər. Ancaq bu ümmət nə məhərrəmin hörmətini saxlayır, nə də Peyğəmbərin (s). Zürrəsi olan Seyyidüş-şühədanı (ə) şəhid etdilər. Qadınlarını əsir etdilər. Karvanını qarət etdilər. Allah Təala heç bir zaman onları bağışlamayacaqdır.

İbni Şəbib! Əgər kiməsə ağlamaq istəyirsənsə, ancaq İmam Hüseynə (ə) ağla! Bənzəri olmayan 18 cavan onun yanında şəhid oldu…

Yer və göy onun şəhadətinə göz yaşı tökdü. 4 min mələk Həzrətə (ə) yardım etmək üçün gəldi, ancaq o zaman çatdılar ki, artıq iş-işdən keçmişdi. Onlar pərişan halda qaldılar ki, Həzrət Hüccətin (ə.f) yanında qisas alsınlar və şüarları: “Ya Sarətəl-Hüseyn!” oldu.

Atam (İmam Musa Kazim (ə)) cəddim İmam Səccaddan (ə) nəql edir ki, o zaman ki, Seyyidüş-şühəda (ə) şəhid olur, göy qan ağlayır”.

Bunun ardınca İmam Rza (ə) İmam Hüseynə (ə) əza saxlamaqla bağlı İbni Şəbibə 5 göstəriş verir və buyurur:

“1. Şəbibin oğlu! Əgər Seyyidüş-şühədaya ağlasan və göz yaşların yanaqlarından axarsa – Allah etdiyin hər bir günahı bağışlayar.

2. Əgər Allahı günahların olmayan halda görmək istəyirsənsə, Seyyidüş-şühədanı (ə) yaxından və uzaqdan ziyarət et.

3. Əgər behişt otaqlarında şad olmaq və Peyğəmbərin (s) yanında olmaq istəyirsənsə, Seyyidüş-şühədanın (ə) qatillərinə lənət etməyi tərk etmə.

4. Əgər Kərbəla şəhidlərinin savabı kimi savaba malik olmaq istəyirsənsə, nə zaman Seyyidi-şühədanı (ə) yada salsan, ona hacətini ərz et və de: “Ey kaş, mən də Kərbəlada sənin şəhidlərindən olardım”.

5. Əgər behiştdə bizim dərəcəmizdə olmaq istəyirsənsə, qəm və şadlığını bizdən ayırma. O şeyə ki, biz sevinirik – sevin. O şeyə ki, qəmlənirik – sən də qəmlən”.

Həzrət Rza (ə) sonda buyurur: “Çalış özünü bizim vilayətimizə çatdırasan. Əgər kimsə bir daşı sevərsə, Allah Təala onu həmin daşla məhşur edər”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031