Hansı namaz mələklər tərəfindən 2 dəfə qeyd olunur?
![]() İmam Sadiq (ə) buyurur: “İlk vacib olan namaz zöhr namazı idi”. Sonra Həzrət (ə) yuxarıdakı ayəni tilavət edir. Başqa hədisdə deyilir: “Əgər sübh namazı fəcrin əvvəlində iqamə olunarsa, gecə və gündüz mələklərinin hər ikisi onu qeyd edərlər”. Dinimizdə hər bir şey öz vaxtı və yerində qərar verildiyi kimi, namazın da vaxtı müəyyən olunmuş və müsəlmanlara çatdırılmışdır. Namaz tək ibadətdir ki, Quran adı ilə bəyan edilir. Namazda Quranın tilavət olunması – onun əsil mehvəridir. Namazlar arasında sübh namazının xüsusi məqam və dərəcəsi vardır. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, günəş doğar, sanki şeytanın buynuzlarına doğar. Allahım mənə əmr etmişdir ki, günəş doğmazdan əvvəl və kafirin günəşə səcdə etməsindən əvvəl sübh namazı qılım ki, ümmətim Allah üçün səcdə etsin. Onu tez yerinə yetirmək Allah dərgahında daha sevimlidir. Bu, o namazdır ki, gecə və gündüz mələkləri ona şahid olarlar”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim sübh namazını camaatla qılarsa və sonra Günəş doğana qədər Allah zikri ilə məşğul olarsa, Allah behiştdə ona 70 dərəcə əta edər”. /Deyerler.org/ Oxşar xəbərlər
|