Həzrət Peyğəmbərin (s) İmam Hüseynə (ə) məhəbbəti
Mьəllif: admin1
Tarix: 2-02-2025, 10:55
Həzrət Peyğəmbərin (s) İmam Hüseynə (ə) məhəbbəti
Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) həmişə xüsusi diqqət göstərərdi. Çünki Peyğəmbərin (s) öz əziz nəvələri ilə xüsusi rabitəsi var idi. Nə zaman bu azyaşlı balaları müşahidə etsə idi, onları qucağına alar və çoxlu öpərdi.

Bu haqda çox sayda hədis bəyan edilmişdir. İbni Quluyə nəql edir: “İmam Baqir (ə) bəyan etmişdir: “Nə zaman Seyyidi-şühəda (ə) Peyğəmbərin (s) yanına gələrdi, Həzrət qucağını böyük açardı””.

Mühüm nöqtə budur ki, Həzrət (s) harada olursa-olsun, istər qızının evində, istər məsciddə, ya öz evində - nəvəsini görən kimi onu qucağına alar və sevinərdi.

Nəql edilir ki, Həzrət (s) onu qucağına ala bilməyəndə, İmam Əliyə (ə) buyurardı ki, onu gətirib onun qucağına versin...

İmam Sadiq (ə) buyurur: “Hər kim istəyər Peyğəmbərlə (s) qonşu və İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) kənarında olsun, İmam Hüseyni (ə) ziyarət etməyi tərk etməsin”.

İmam Hüseyn (ə) buyurur: “Hər kim Allah Təalaya ixlas və sədaqətlə ibadət edərsə, Allah Təala onu ən yaxşı arzularına çatdırar və həyat mövzularını (yaşayışı üçün lazım olanları) təmin edər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031