Həzrət Peyğəmbər (s) İmam Həsənə (ə) və İmam Hüseynə (ə) nəyi miras qoymuşdu?
Mьəllif: admin1
Tarix: 24-02-2023, 10:16
Həzrət Peyğəmbər (s) İmam Həsənə (ə) və İmam Hüseynə (ə) nəyi miras qoymuşdu?
Hitəmi “Məcməil zəvaid” kitabında nəql edir: “Həzrət Peyğəmbər (s) xəstə olan zaman ki, bu xəstəlik sonradan onun ölümünə səbəb olmuşdu, Həzrət Fatimə (s.ə) Həsənlə (ə) Hüseyni (ə) Həzrətin yanına aparır və buyurur: “Bu ikisi sənin övladlarındır və bu ikisinə bir şeyi miras et”.

Həzrət Peyğəmbər (s) buyurur: “Həsənə (ə) öz üstünlüyümü və səbatımı bağışladım, Hüseynə (ə) isə uzaqgörənliyi, inzibatı, səxavəti bağışladım”.

Zəməxşəri nəql edir: “Peyğəmbər (s) Həsəni (ə) götürdü və onu öpüb, sağ dizinin üstündə əyləşdirdi.

Buyurdu: “Bu övladıma öz xasiyyət və heybətimi bağışladım”.

Sonra Hüseyni (ə) götürdü və onu öpüb, sol dizinin üstündə əyləşdirdi. Buyurdu: “Ona isə öz şücaətimi, səxavətimi bağışladım””.

“Kənzul-əmal” kitabında oxuyuruq: “Nəhayət Allahın Rəsulu (s) bu iki sevimli övladını Allaha və saleh möminlərə tapşırır”.

Aşura hadisəsindən sonra ki, əsirləri Kufəyə gətirirlər, İbn Ziyadın (lən) məclisində o məlun İmam Hüseynin (ə) mübarək başını məsxərə edir.

Əlində olan çubuqla İmamın (ə) mübarək dodaqlarına cürət edir. Bu zaman Zeyid ibni Ərqəm onun bu hərəkətinə etiraz edir və belə bir hədis nəql edir: “İndi sənin üçün elə bir hədis deyim ki, sənin qəzəbini daha da artırsın.

Allahın Peyğəmbərini (s) gördüm ki, Həsəni (ə) sağ dizinə və Hüseyni (ə) sol dizinə əyləşdirib, başlarının arxasından tutub buyurdu: “Allahım, mən bu ikisini Sənə və layiqli möminlərə tapşırıram””.

Beləliklə deyə bilərik ki, Allahın Peyğəmbəri (s) ömrünün son günlərində əziz iki nəvəsi Həsən (ə) ilə Hüseynə (ə) ən fəzilətli sifətlərini miras qoyur və onları Allaha və möminlərə tapşırır.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930