Kərbəla məhərrəmin 7-ci günündə - Zalımın insafsız qərarı
Mьəllif: admin1
Tarix: 27-08-2020, 10:45
Kərbəla məhərrəmin 7-ci günündə - Zalımın insafsız qərarı
Artıq bu gün məhərrəm ayının 7-ci günüdür. Məhərrəmin 2-ci günündə Kərbəla adlı çölə yetişən İmam (ə) və yaxınları öncə Hürr ibn Riyahinin, sonra isə tədricən Ömər Sədin rəhbərliyi altında toplanan neçə minlik ordu tərəfindən önləri kəsilir və burada dayanmağa vadar edilir.

Məhərrəmin 7-ci günündə İbn Ziyad Ömər Sədə məktub göndərir və ordunu İmamın (ə) xeymələri ilə Fərat arasına yerləşdirməsini və Peyğəmbər (s) övladlarını sudan məhrum etmək əmrini verir.

İmam Hüseyn (ə) 7-ci gecədə Ömər Sədlə görüşür. Peyğəmbər (s) ailəsi ilə qatı kin və düşmənçiliyi olan Xuli ibn Yəzid (l) bu görüşdən, Ömər Sədin ürəyinin rəhmə gəlməsindən narahat olub tez İbn Ziyad məluna məktub göndərir. İbn Ziyad da öz növbəsində Ömər Sədə məktub göndərib:

“Onlara hətta bir qətrə suyun yetişməsinə belə icazə vermə” deyə bu əmri verir.

Səhəri gün, 7-ci gündə Ömər Səd 500 nəfərlik bir dəstəni Fəran çayının sahillərinə yerləşdirib, bununla da su yollarını bağlayır.

Həmid ibn Muslim adlı birisi qeyd edir ki, Peyğəmbər (s) övladlarına su maneəsi yaradıldıqdan sonra Bəcilə qəbiləsindən Abdullah ibn Hasin adlı birisi üzünü xeymələrə tərəf tutub qışqırır: “Ey Hüseyn! Bir də bu suyu göy rəngində görə bilməyəcəksən! Bir daha o suadan içə bilməyəcək və nəhayət, susuzluqdan can verəcəksən!”

İmam Hüseyn (ə) buyurdu: “İlahi! Onu susuzluqdan öldür və heç vaxt Öz rəhmətini ona şamil etmə!”

Həmid ibn Muslim deyir: “Bu danışıqdan sonra, Abdullah ibn Həsin Əzdinin xəstələndiyini eşidib görüşünə getdim. And olsun Allaha ki, Abdullah ibn Həsin Əzdi o qədər su içirdi ki, qarnı şışır, sudan doymurdu.

Bununla belə, susuzluğu yatmır və “Susuzluqdan ölürəm!” – deyə fəryad edirdi. Yenə su içir, qarnı şışır, amma sudan doymurdu. O, belə bir vəziyyətdə həlak oldu.

Bu gün, məhərrəm ayının 7-si Peyğəmbər (ə) övladlarının susuzluğa tərk edilən günüdür.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930