Yeməkdən əvvəl və sonra duzun yeyilməsi
Mьəllif: admin1
Tarix: 27-06-2020, 22:33
Yeməkdən əvvəl və sonra duzun yeyilməsi
Xəstəliyi aradan qaldıran müstəhəblər işlərdən biri də yeməkdən əvvəl və sonra duzun yeyilməsidir. Allahın Rəsulu (s) Əmirəlmömininə (ə) buyurub:
"افتتح بالملح واختتم بالملح..."
"Ey Əli yeməyi duzla başla və duzla qurtar. Çünki bu işdə 72 dərdin dərmanı var".

Bu barədə həkimlər və alimlər çoxlu tövsiyələr etmişlər. Biz onlardan bir neçəsini kifayətlənərək istərik ki, məsumların digər göstərişləri kimi, bu əməlin də hikmətsiz olmadığını biləsiniz.

Yeməkdən öncə duz

Ağızda duzun olması potaş (qələvi ağ maddə) mühitinin apasını qoruduğuna görə nişastalı maddələr üçün faydalı olan ağız şirəsini ifraz olunmağa təhrik edən amillərdən hesab olunur.

Duzun mədəyə daxil olması, bir növ nişastalı maddələrin həzminə köməkdir. Yeməkdən əvvəl duz yemək on iki barmaq bağırsağı əhatə edən turşunu zərərsizləşdirərək on iki barmaq bağırsaqda yara əmələ gəlməsinin qarşısını alır.

Yeməkdən sonra duz

Bir damcı duz bədənə o vaxt yayılır ki, mədə şirəsi nişastalı maddələrin qarşısında qeyri-fəal olur. Bu zaman duz qüvvətləndirmə rolunu ifa edir.

Üç məsələ

1- Duz kiməsə zərərlidirsə bu işi görməsin.

2- Bu məsələdə duzu çox az (barmağın ucu qədər) istifadə etmək lazımdır.

3- İstifadə edilən təbii və çıxarılmış duzun dəniz ya dağ duzu olması İslamın tələblərindən biridir. Qaynadılmış və qazana yığılmış duzun dəyəri yoxdur. Bir damcı olsa da belə təbii duz olsun.


Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031