Yeməkdən qabaq su içmək faydalıdırmı?
Mьəllif: admin1
Tarix: 8-01-2018, 22:52
Yeməkdən qabaq su içmək faydalıdırmı?
Amerikalı elm adamları yeməkdən əvvəl iki stəkan su içənlərin içməyənlərə nisbətən daha çox arıqladığına dair bir araşdırma aparıb.

Virciniya əyalətində aparılan təcrübədə iki ayrı qrupa ayrılan 48 fərdin su içmə vərdişləri və kiloqramları izlənilib.

Elm adamları, yeməkdən əvvəl iki stəkan su içənlərin orta hesabla 2 kiloqram 300 qrama yaxın arıqladığını deyir. Ancaq həkimlər, sıfır kalori mədə dolduran suyu çox da içməmək lazım olduğunu, çünki çox miqdarda su içməyin sağlamlıq problemlərinə yol aça biləcəyini qeyd edir.

Təcrübədə ilk qrup aşağı kalorili bir pəhriz tətbiq etməsinə qarşı yeməklərdən əvvəl iki stəkan su içmədi. Digər qrup isə, yenə eyni aşağı kalorili pəhrizlə qidalanaraq həmçinin yeməkdən əvvəl iki stəkan su içdi.12 həftəlik müddət bitəndən sonra, su içənlərin təxminən 7 kiloqram, digər qrupun isə 5 kiloqramdan bir az zəiflədiyi üzə çıxdı.

Təcrübədə iştirak edənlər 55 ilə 75 yaşları arasında idi. Təcrübənin keçirildiyi Virciniya Texniki Universitetindən Professor Brenda Dey, heç bir kaloriyə malik olmayan suyun nahar ərəfəsində toxluq hissi yaradaraq arıqlamağa kömək etdiyini söyləyir.

Deyerler.Org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930