O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, əgər tərk etsə, yenə haramdır?
Müəllif: Admin
Tarix: 17-06-2018, 09:19
O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, əgər tərk etsə, yenə haramdır?
Əllamə “Nəhcul-bəlağə”ni şərh edərkən, belə bir hədis nəql etmişdir: “Əmirəl-möminin (ə) Şəqşəqə xütbəsini bəyan edəndən sonra bir nəfər ayağa qalxır və Həzrətə (ə) bir məktub verir.

Bu məktubda 10 sual verilmişdir ki, İmam (ə) hamısını cavablandırır. Onlardan beşinə işarə edək:

1. O hansı canlıdır ki, başqa bir heyvanın qarnından çıxar və onların arasında heç bir (qohumluq) bağı olmaz? İmam (ə) buyurur: “Həzrət Yunus (ə) ki, balığın qarnından çıxır”.

2. O nədir ki, azı mübah və çoxu haramdır? Həzrət (ə) buyurur: “Talut bulağıdır ki, hər kim ondan çox içsə, haramdır”.

3. O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, əgər tərk etsə, yenə haramdır? Həzrət buyurur: “Məst (şərab içən) insanın namazıdır. O kəs ki, şərabla məst olar, əgər namaz qılsa günahdır, əgər namazı tərk etsə, yenə də günahdır. ”Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın””. (“Nisa” 43).

4. Bu, hansı quşdur ki, nə atası vardır, nə anası və nə də övladı? Həzrət (ə) buyurur: “Bu, o quşdur ki, Həzrət İsa (ə) gildən düzəltmişdi və Allah buyurur: “O zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu””. (“Maidə” 110).

5. İki xristian şəhadət versə ki, filankəs xristian, ya yəhudi, ya zərdüşt olmuşdur, bu iki nəfərin şəhadətini qəbul etmək olarmı? Həzrət (ə) buyurur: “Bəli, şəhadətlərini qəbul etmək olar.

Çünki Allah Təala buyurur: “Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar”. (“Maidə” 82). Ona görə də o kəs ki, Allahın ibadətinə təkəbbür etməz, yalandan şəhadət də verməz”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31