Kişidə gərək bu 3 sifət olsun
![]() 1. Xoş rəftarlı olmaq. 2. Ölçüsündə olan əliaçıqlıq. 3. Özünə hakim olan həddə qeyrət”. Çox təəssüf ki, bu gün bütün ailələrdə bu üç sifətə riayət olunmur. İqtisadi çətinliklərin artması, cəmiyyətdə fəsadın baş alıb getməsi və başqa amillər kişini bəzən ailəsinə qarşı laqeyd edir. Bunun nəticəsində də ailədə özlərini Məsumların (ə) tövsiyə etdiyi kimi aparmırlar. Bu da onun günahlarını artırır və eyni zamanda, səbir edən ev əhlinin savabını çoxaldır. Lakin dinimiz istəyir ki, ailə üzvlərinin hamısı xoşbəxt olsunlar. Hər biri öz vəzifəsini yerinə yetirərək, bir-birinə ehtiram göstərsinlər. Ailə başçısı öz ailəsini ona tabe olan qullar kimi deyil, onun kimi azad hüquqa malik olan və ona savablar qazandıran, onu xoşbəxt edən və ehtiyaclarını aradan qaldıran İlahi əmanətlər kimi görməlidir. Ancaq bu halda ailə xoşbəxt ola bilər. Həzrət Peyğəmbər (s) buyurur: “O qadın ki, ərinin pis əxlaqı qarşısında səbir edər, Allah ona Asyanın (savabı kimi savab) əta edər”. /Deyerler.org/ Oxşar xəbərlər
|