Kişilərin ən yaxşı xüsusiyyətləri
Mьəllif: admin1
Tarix: 28-06-2021, 23:38
Kişilərin ən yaxşı xüsusiyyətləri
İmam Sadiq (ə) buyurur: “Kişi evdə ailəsinə qarşı 3 sifətə riayət etməyə ehtyaclıdır, baxmayaraq ki, təbiətində olmasa belə:

xoş rəftar,
ölçüsündə əliaçıq olmaq,
özünə hakim olmaqla birlikdə olan qeyrət”.

Mülayimlik, insaflı və mehriban davranış - kişini bəzəyən keyfiyyətlərdir.

Həzrət Fatimə (s.ə) buyurur: “Sizlərin ən yaxşısı o kəslərdir ki, insanlarla daha mülayimdirlər və xanımlarını daha əziz tuturlar”.

Qadın üçün ən yaxşı şəfaətçi kimdir?

İmam Baqir (ə) buyurur: “Qadın üçün Allah yanında ərinin razılığından çox nicat verən şəfaətçi yoxdur”.

Allah qadınlara qarşı daha mehribandır.

Həzrət Peyğəmbər (s) buyurur: “Böyük Allah, qadınlara qarşı kişilərədən daha mehribandır. Elə bir kişi yoxdur ki, öz məhrəmini şad etsin, məgər o halda ki, Allah Təala da Qiyamət günü onu şad edər”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930