Gündəlik (yövmiyyə) namazlar üçün müstəhəb namazlar neçə rükətdir və necə qılınır?
Mьəllif: admin1
Tarix: 26-06-2018, 12:14
Gündəlik (yövmiyyə) namazlar üçün müstəhəb namazlar neçə rükətdir və necə qılınır?
Gecə-gündüz qılınan yövmiyyə namazlarının hər biri üçün müstəhəb namazlar vardır ki, bunlara yövmiyyə nafilələri deyilir.

Bu nafilələri qılmaq çox mühümdür və onlar üçün çoxlu savablar deyilibdir.

Yövmiyyə nafilələri aşağıdakılardan ibarətdir:

1. Zöhr namazının nafiləsi: Səkkiz rəkətdən ibarət dörd namazdır ki, zöhr namazından qabaq iki-iki qılınır.

2. Əsr namazının nafiləsi: Səkkiz rəkətdən ibarət dörd namazdır ki, əsr namazından qabaq iki-iki qılınır.

3. Məğrib namazının nafiləsi: Dörd rəkətdən ibarət iki namazdır ki, məğrib namazından sonra qılınır.

4. İşa namazının nafiləsi: İki rəkətdən ibarətdir ki, işa namazından sonra oturan halda qılınır.

5. Sübh namazının nafiləsi: İki rəkətdən ibarətdir ki, sübh namazından qabaq qılınır.

İzah: İşa namazının oturan halda olan iki rəkət nafiləsi bir rəkət hesab-landığı üçün, yövmiyyə nafilələrinin sayı otuz dörd rəkət (yövmiyyə namazlarının iki bərabəri) olur.

Zöhr və əsrin nafilələri zöhr və əsr namazlarından sonra, ehtiyata əsasən qürbətən iləllah qəsdilə, əda və qəza niyyəti etmədən qılınmalıdır.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031