Həzrəti Rəsuləllahdan(s) axirətzaman möminlərinin halı ilə bağlı həyati tövsiyyə
![]() Bu kimi ürək ağrıdıcı xəbərlərdən biri də möminin, məscidlərin və Quranın axir-zamanda “qərib” olması xəbərləridir. Möminlərin bu deyilən zamanda mənəvi əziyyət çəkməsi, baş verən fəsadlar qarşısında ürək yanğısı ilə susması daha daha çox kədərvericidir. İman əhlinin axir-zamandakı halına işarə edən hədislərdən biri də Peyğəmbərin (s) İmam Əliyə (ə) dediyi kəlamdir. Peyğəmbər (s) buyurub: “Təzliklə bir fitnələr olar ki, iman əhli (möminlər) hadisələri nə əlləri ilə, nə də dilləri ilə dəyişə bilməzlər (təsr edə bilməzlər).” İmam Əli (ə) soruşdu: “Ya Rəsuləllah (s) o zaman onların arasında mömin olacaq?” Peyğəmbər (s) buyurdu: “Bəli!” İmam (ə): “Bu hadisələr onların imanından bir şey azaldacaqmı?” Peyğəmbər (s) buyurdu: “Xeyr! Necəki yağış damcıları Səfa qayalarından bir şey qopara bilməz, onların imanı da bu cürdür (qaya kimi). Möminlər bu fitnələrə qəlbləri ilə etiraz edərlər!” (Əmali Şeyx Tusi-302) Quran ifadələrinə əsasən möminlər öz dinində və imanında möhkəm olamalıdırlar ki, hadisələr onlara təsir etməsin. Əksinə onlar hadisələrə təsir edə bilib, müsbət istiaqmətdə dəyişə bilsinlər. Çünki Quran buyurur: “Onlar (möminlər) sanki sarsılmaz möhkəm divar kimidirlər”. (Saff-4) (İslaminSesi) Oxşar xəbərlər
|