Gözəl əxlaq 10 şeydən ibarətdir – Məsumların (ə) dilindən gözəl əxlaqın nişanələri
![]() “Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. (“Qələm” 4). Bu yolla Quran demək istəyir ki, bütün gözəl sifətlərin başında hüsnü-əxlaq durur. Gözəl əxlaqla bağlı Məsumların (ə) kəlamlarına diqqət edək. İmam Əli (ə) buyurur: “Necə də çoxdur o əzizlər ki, pis əxlaqlarına görə zəlil olurlar və zəlillər ki, hüsni əxlaqına görə əziz olurlar”. İmam Həsən (ə) buyurur: “Xoş əxlaq hər bir yaxşı işin bağlanğıcıdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Hüsni əxlaq odur ki, əgər müvəffəq olsan razı olasan, əgər olmasan əsəbləşməyəsən”. İmam Əli (ə) buyurur: “İnsan gözəl əxlaqı sayəsində oruc tutan namazqılanların dərəcəsinə çatar”. İmam Sadiq (ə) buyurur: “Məkarim əxlaq on şeydir: yəqin, qənaət, səbir, şükür, mülayimlik, gözəl əxlaq, səxavət, qeyrət, şücaət, alicənablıq”. İmam Əli (ə) buyurur: “Məkarim əxlaq odur ki, o kəs ki, səninlə rabitəsini kəsibdir, sən onunla rabitə qurasan. Əgər səni məhrum edibdirsə, sən ona əta edəsən. Əgər sənə zülm edibdirsə, onu bağışlayasan”. Həzrət Peyğəmbər (s) buyurur: “İmanlı insanda simiclik və pis əxlaq cəm olmaz”. İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq əlaqələri möhkəm edər”. /Deyerler.org/ Oxşar xəbərlər
|