Fitrə zəkatının xərclənməsi
Müəllif: Admin
Tarix: 21-05-2020, 09:16
Fitrə zəkatının xərclənməsi

Fitrə zəkatı verilən şəxsin ədalətli olması şərt deyil. Amma aşkar şəkildə böyük günah edən şəxslərə ehtiyata əsasən zəkat verilməsin.

Ata və ana fəqir övladlarının xərcini verməlidir. Buna əsasən onların yaşayış xərci üçün fitrə zəkatından verə bilməzlər. Amma onların borcuna və onların valideynə vacib olmayan ehtiyaclarına fitrə zəkatından verə bilərlər.

Fitrə zəkatını hədiyyə adı ilə də, vermək olar və lazım deyil verdiyi şəxsə onun fitrə zəkatı olduğunu bildirsin. Amma hər halda onu verdikdə fitrə zəkatı niyyəti etməlidir.

Qeyri-seyyid seyyidə fitrə zəkatı verə bilməz.

Fitrə zəkatını dini maariflərin yayılması yolunda xərcləməyin işkalı yoxdur, amma daha yaxşıdır ki, fəqirə verilsin.

Fitrə zəkatını ödəməkdə meyar, ailə başçısıdır (yəni fitrəni ödəyən şəxs), buna əsasən, əgər ailə başçısı seyid olmaya, ailə üzvlərinin fitrə zəkatını seyidə verə bilməz, hətta onun ailə üzvləri (məsələn, xanımı ya qonağı) seyid olsa belə.

Fəqir şəxsə fitrə zəkatı vacib deyil və fitrə zəkatını da, ona vermək olar. Fəqirə fitrə zəkatı verdikdən sonra, məlum olsa ki, fəqir deyilmiş, bu halda əgər ona verdiyi mal (ərzaq ya onun pulu), aradan getməyibdirsə, onu geri alıb fəqirə verə bilər, amma geri almaq mümkün olmazsa, gərək yenidən fitrə zəkatını ödəsin.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930