Fitrə zəkatının hökmləri
Mьəllif: admin1
Tarix: 9-04-2024, 10:30
Fitrə zəkatının hökmləri
Ata fitrə vermədikdə, onun həyat yoldaşına və övladlarına bir şey vacib deyil və lazım deyil fitrə versinlər.

Qadın ərinin yemək yeyəni hesaba gəldikdə, ərə imkanı olduğu təqdirdə onun fitrə zəkatını vermək vacibdir. Amma ərinin ya başqasının yemək yeyəni hesaba gəlmədikdə, gərək özü öz fitrə zəka-tını versin.

Ərinin cinsi tələblərindən boyun qaçıran qadının fitrə zəkatı da, ərinin boynundadır və vacibdir onu ödəsin. Əlbəttə başqasının yemək yeyəni olduqda, ərə vacib olmayacaq.

Yalnız fitr bayramı gecəsi qonaq olan qonağın fitrə zəkatı ev sahibinin öhdəsində deyil.

Fitrə zəkatı ev sahibinə vacib olan qonaq, ev sahibinin razılığı ilə öz fitrə zəkatını verərsə, onun zəkatı ev sahibinin öhdəsindən düşür.

Yoxsul olan və maddi imkanı olmayan şəxslərə fitrə zə-katı vacib deyil. Əgər belə bir şəxsin 3 kq buğda və bu kimi imkanı varsa və ya bu miqdarın pulu varıdırsa, müstəhəbdir onu fitrə zəkatı niyyətilə versin. Həmçinin ailə sahibi olduqda, onu fitrə zəkatı niyyətilə ailənin nəfərlərı arasında əlbəəl gəzdirsinlər və daha yaxşıdır sonuncu şəxs onu özlərindən olmayan bir fəqirə versin.

Fitrə zəkatını buğda, arpa, xurma, düyü və bu kimi şeylərdən vermək olar, əksərən istifadə edilən ərzaqa xas deyil.

İnsan gərək özü və onun yemək yeyəni hesaba gələn hər bir şəxs üçün, 3 kq. (buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və bu kimi) camaatın yediklərindən sayılan ərzaq yaxud onun pulunu ehtiyaclı fəqirə versin.

Fitrə zəkatını ayırdıqdan sonra, onun özünü fəqirə ver-məlidi və onu istifadə edib onun əvəzini verə bilməz.

Şəvval ayının hilalının görünməsi sübuta yetdikdən sonra fitrə zəkatını ayıra bilər. Fitr bayramının namazını qılırsa, vacib ehtiyata əsasən gərək namazdan öncə onu ödəsin yaxud ayırsın. Amma fitr bayramının namazını qılmırsa, bayram gününün zöhrünədək möhləti vardır.

Ramazan ayından öncə fitrəni fəqirə vermək kifayət etmir. Amma o miqdarı əvvəlcədən fəqirə borc verib, sonra fitr bayramı günü onu fitrə hesab edə bilər.

Əgər öz məhəlləsində və şəhərində ehtiyaclı şəxs tapılmazsa, fitrə zəkatını başqa bir şəhərə apara bilər.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930