Zühura mane olan amillər
Mьəllif: admin1
Tarix: 18-04-2020, 22:01
Zühura mane olan amillər
Əgər insan cəmiyyəti Həzrət Qaimin (ə.f) qiyamının şərait və qabiliyyətinə malik olsaydı İmam (ə.f) qaib olmazdı. Onun qeyb olmasının səbəblərindən biri də cəmiyyətin bu zühura hazır olmamasıdır.

İmam Baqirə (ə) belə bir sual verilir: “Haqq hökumətinin nə zaman gələcəyini bizə xəbər versəydiniz, sevinərdik”.

Həzrət (ə) buyurur: “Keçmişdə bir alim insan var idi və bu kişinin bir oğlu var idi ki, atasının elminə inancı yox idi. Onun elmindən heç nə soruşmazdı. Lakin əksinə bir qonşusu var idi ki, həmin alim kişinin yanına gələr və elmini soruşar və öyrənərdi. Həmin alim kişinin ölümü gəlib çatır və oğlunu istəyir.

Ona deyir: “Ey əziz oğlum! Sən mənim elmimi öyrənməkdən qaçdın və ona inanmadın. Ona görə də məndən bir şey soruşmadın. Lakin mənim bir qonşum var ki, yanıma gələr və mənə suallar verərdi. Mənim elmimi öyrəndi və onu hifz etdi. Ona görə də sənin nə zaman bir şeyə ehtiyacın olsa, onun yanına get”.

Həmin qonşusunu oğluna tanıtdı.

Həmin alim dünyasını dəyişir. Bir gün padşah bir yuxu görür və həmin alimin sorağına adam göndərir. Ona deyirlər ki, dünyasını dəyişibdir. Soruşrular ki, oğlu varmı?

Deyirlər ki, bəli bir oğlu vardır. Padşah əmr edir ki, onu padşahın yanına aparsınlar. Oğlunu saraya aparmaq istəyirlər və oğlu xatırlayır ki, atası ona nə demişdi.

Ona görə də qonşunun evinə gedir və ona deyir: “Padşah məni çağırıb və mən də bunun səbəbini bilmirəm. Atam mənə söyləmişdi ki, nə zaman çətinliyim olsa, sənin yanına gəlim”.

Həmin kişi dedi: “Ancaq mən bilirəm ki, səni niyə istəyibdir. Əgər sənə desəm və Allah sənə bir şey nəsib etsə, hər ikimizin malı olsun”.

Həmin cavan deyir: “Bəli”. Həmin kişi ona and verir və ondan möhkəm əhd alır ki, bu sözə əməl etsin. Həmin cavan da onunla möhkəm əhd bağlayır və söz verir ki, əməl edəcəkdir.

Həmin kişi ona deyir: “Padşah yuxu görmüşdür və səndən soruşmaq istəyir ki, gördüyü yuxu nə zaman həyata keçəcəkdir? Sən də cavabında de: “Canavar zamanında”.

Həmin cavan gəlir və padşah ona deyir: “Bilirənmi ki, sənin dalınca niyə adam göndərmişəm?”.

Deyir: “Sən mənim dalımca ona görə adam göndərmisən ki, gördüyün yuxunun vaxtını öyrənəsən”.

Padşah deyir: “Düz deyirsən. İndi de görüm nə zaman olacaqdır?”.

O, deyir: “Canavar zamanında”. Padşah əmr edir ki, ona hədiyyə versinlər. Həmin cavan hədiyyəni alıb evinə gətirir və kişiyə verdiyi sözə əməl etmir. Öz-özünə deyir ki, bu mal ömrümün sonuna qədər mənə bəs edər.

Padşah yenə yuxu görür və həmin cavanın dalınca adam göndərir. Cavan etdiyi işdən peşman olur və öz-özünə deyir: “Bu alim kişiyə etdiyim vəfasızlıqdan sonra onun yanına necə gedim ki? Onun yanına gedəcəyəm və ondan üzr istəyəcəyəm ki, məni bağışlasın”.

Həmin kişinin yanına gəlir və ona deyir: “Mən etməli olmayacağım şeyi etdim və əhdinə vəfa etmədim. İndi əlimə keçən puldan bir şey qalmadı və sənə yenə də ehtiyacım var. Səni Allaha and verirəm ki, məni xəcalətli etmə və mən söz verirəm ki, bu dəfə əlimə keçən maldan sənə də verəcəyəm. Padşah yenə məni istəyib və bilmirəm ki, niyə”.

Həmin kişi dedi: “Padşah yenə yuxu görmüşdür və bu dəfə bilmək istəyir ki, yuxusu nə zaman həyata keçəcəkdir. Ona de ki, qoç ilində”.

O, padşahın yanına gedir və padhaş da ona yaxşı hədiyyə verir. Hədiyyəni alıb evinə qayıdır və öz-özünə fikirləşir ki, bu dəfə də malı bölməsin. Çünki ola bilsin ki, bundan sonra həmin alimə ehtiyacı olmayacaqdır.

Padşah üçüncü dəfə yuxu görür və həmin cavanın dalınca adam göndərir. Cavan yenə həmin kişinin yanına gedir və yalvarıb üzr istəyir və yenə də əhd bağlayır ki, vəfa edəcəkdir.

Kişi deyir ki, padşah yenə yuxu görmüşdür və zamanını soruşan zaman de ki, tərəzi və hesab zamanıdır. Padşah ona hədyyə verir və cavan hədiyyəni alıb birbaşa həmin kişinin evinə aparır və deyir ki, bu malı mənimlə böl.

Alim deyir: “İlk zaman canavarların zamanı idi və sən də canavar idin. İkinci zaman qoçların zamanı idi və söz verirlər, ancaq yerinə yetirmirlər. Sən də söz verdin, ancaq yerinə yetirmədin.

İndi tərəzi və ədalət zamanıdır və sən vəfadar olmalısan. Ona görə də bütün malı götür, mənim ona ehtiyacım yoxdur”. Bütün malı ona qaytardı”.

Bu hədisə görə Haqq hökumətinin bərqərar olması üçün şərait hazır olmalıdır. Canavar sifətli və zalım insanların hökuməti geridə qalmalıdır, qoc sifətli insanların düşüncə və əməl fərqləri geridə qalmaldır.

Cəmiyyət canavar sifətli insanlardan haqqını tələb etməlidir, qoç sifətli insanlar da gərək düzgün fikir və təfəkkürə malik olsunlar. Bu dövrü geridə qoymadan zühurun gəlməsi mümkün deyildir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031