“İləllah” və “illəllah” sözlərininin mənası nədir və necə işlənməlidir?
Mьəllif: admin1
Tarix: 18-05-2022, 11:26
“İləllah” və “illəllah” sözlərininin mənası nədir və necə işlənməlidir?
Bəzən dindarlar bilməyərəkdən və ya diqqətsizlik üzündən “iləllah” və “illəllah” sözlərininin birini digərinin əvəzində işlədirlər.

Halbuki, bu iki ifadə tam fərqli mənaları bildirir. Gündəlik ibadətlərdə hər iki ifadəni işlədirik, amma əsas məsələ onları düzgün söyləməkdir.

“İləllah” ərəb dilində “Allaha sarı” mənasını çatdırır, “illəllah” isə “Allahdan başqa” deməkdir.

İbadətlərin niyyətini edərkən, “qürbətən iləllah” (tək “l” ilə) deməliyik, mənası budur: “Allaha sarı yaxınlaşmaq niyyəti ilə”.

Amma kəlmeyi-şəhadətdə və azanda söylənilən cümlədə isə “La ilahə illəllah” (qoşa “l” ilə) söylənməlidir, mənası budur: “Allahdan başqa məbud yoxdur”.



(islam.az)
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031