İmam Əli (ə) ömrü boyu 1000 qulu azad etmişdi, amma qoyduğu miras cəmi 700 dirhəm idi...
Mьəllif: admin1
Tarix: 15-05-2018, 14:37
İmam Əli (ə) ömrü boyu 1000 qulu azad etmişdi, amma qoyduğu miras cəmi 700 dirhəm idi...
Aqil cavan və bəsirətli bir qocaya nəzər salan zaman deyirik ki, xoş olsun onların halına ki, ağıla və bəsirətə malikdirlər. Çünki hər kimin ağlı olar, hər şeyi olar. Hər kimin ağılı olmaz, onun nəyi ola bilər ki?

Hədislərin birində oxuyuruq ki, Peyğəmbərin (s) yanında yolunu azmış bir insandan danışırdılar. İnsanlar onun əməllərini: namazını, orucunu və s. Həzrətə (s) tərifləyirdilər. Həzrət (s) bu sözləri eşidən zaman buyurur ki, siz ki, bu şəxsi bu qədər tərif edirsiniz, belə çıxır ki, o, insan deyildir. Çünki bütün günü ancaq ibadətlə məşğul olur, nə yemək yeyir, nə də ruzi qazanır. Deyirlər: “Ya Rəsulallah! Biz ona maddi yardım edirik”.

Peyğəmbər (s) buyurur ki, siz hamınız ondan daha üstünsünüz. Çünki əgər aqil olsaydı, məsciddə bu qədər etikaf etməzdi. Namazını qılıb, evinə gedər və ibadətini evinin bir küncündə edər, insanların diqqətini də özünə cəlb etməzdi. Deməli, bu insanın əqli çətinlikləri vardır. Aqil insan heç bir zaman belə etməz.

Aqil insan hər nə qədər yoxsul olsa da, doğru ilə batili bir-birindən ayırd edə bildiyi üçün Allah dərgahında həmişə uca məqama malikdir.

Əlbəttə ki, aqillərin zirvəsi olan İmam Əlinin (ə) çatdığı məqam bizim üçün ancaq arzudur. İmam (ə) vəfat edən zaman vəsiyyət edir ki, onu gecə dəfn etsinlər və gecə vəfat etdiyi gizlətsinlər. Çünki düşmənlərinin qəbrini açıb, mübarək bədəninə ziyan vuracaqlarından ehtiyatı var idi.

İmam Həsən (ə) və İmam Hüseyn (ə) təbii ki, elə də etdilər. Gecə atalarını torpağa tapşırdılar. Dan yeri sökülən kimi İmam Həsən (ə) Kufə məscidinə gəldi və xütbə dedi: “Ey insanlar! Dünən gecə elə insan bu dünyadan köçmüşdür ki, həmin gecədə Həzrət İsa (ə) göyə qalxmışdır.

Bu gecə elə insan dünyasını dəyişmişdir ki, bütün İslami müharibələrdə ilk sırada getmişdir. Mikayil (ə) bir tərəfində idi, Cəbrayil (ə) o biri tərəfində.

Dünən gecə elə şəxs bu dünyadan getmişdir ki, keçmişdə olanlar onu qabaqlamamışdılar, məgər nubuvvətləri ilə. Artıq analar Əli (ə) kimisini öz ətəklərində böyütməyəcəklər. Artıq heç kəs ona tay olmayacaqdır.

Dünən gecə elə insan dünyasını dəyişmişdir ki, mələklərin və mələkut aləminin sultanı idi. Ancaq bu sultanın bu dünyadakı sərmayəsi cəmi 700 dirhəm puldur. Mələk və mələkut aləminin sultanı olan bu şəxs ömrü boyu minə qədər qulu azad etmişdir. Həmişə tövsiyə edirdi ki, azad olun”.

Bəli, heç kəs ağıl baxımından Peyğəmbərdən (s) sonra İmam Əliyə (ə) çata bilməzdi və bilməyəcəkdir də. Bu həqiqəqi həm övladları və həm də dindaşları təsdiq edirlər. Bu aqil insana İslam dinini ilk qəbul etməsində də məhz ağlı və bəsirəti yardım etmişdi.

Dünyada bir yoxsul kimi yaşasa da, mələkut aləminin sultanı idi. Hətta meracda belə Allah Təala Həzrət Peyğəmbərlə (s) onun səsi ilə danışmışdı.

Ona görə də hər kimin ağlı və bəsirəti vardırsa deməli, insanlıq üçün lazım olan hər şeyi vardır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930