Taleyyüklü gecə niyə “Qədr” adlandırılıb?
Mьəllif: admin1
Tarix: 24-06-2016, 18:20
Taleyyüklü gecə niyə “Qədr” adlandırılıb?
Bu gün Mübarək Ramazan ayının 18-ci günü qarşıda gələn gecə isə taleyyüklü Qədr gecələrinin birincisidir.

Qədr gecəsi elə bir məqama malikdir ki, Quranın söylədiyi kimi dərk ediləsi deyildir. Əgər hər kimsə bu cür əzəmətli bir gecəni dərk edə bilirsə, deməli vəhylə əlaqəsi vardır.

Kuleyni Həsən ibni Abbasdan və o, da Rəsullahdan (s) nəql edir ki, Həzrət səhabələrinə buyurmuşdu: “Qədr gecəsinə imanınız olsun. Çünki bu gecə Əli ibni Əbitalub ilə 11 övladının gecəsidir”.
Bu əzəmətli bir gecəni Peyğəmbər (s) və İmam Əli (ə) çox gözəl dərk edirdi. Ona görə də Əmirəl-möminin (ə) kəlamlarında Qədr gecəsi haqqında deyilən dəyərli sözlərə nəzər salaq.

Əsbəğ ibni Nəbatə İmam Əlidən (ə) nəql edir: “Peyğəmbər (s) mənə buyurmuşdu: “Ya Əli! Bilisənmi ki, Qədr gecəsinin mənası nədir?” Ərz etdim: “Yox, ya Rəsullah!” Peyğəmbər (s) buyurur: “Allah Təala həmin gecə ki, Qiyamət gününün təqdiri olacaqdır, qəza və hökm etmişdir.

Məlum olur ki qədr gecəsi qədər, miqdar, müqəddərat sözü ilə eyni kökə malikdir və Qədr dedikdə insanın müqəddəratının həll olduğu gecə nəzərdə tutulur.islaminsesi\
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930