ƏN BÖYÜK GÜNAHLARDAN...
Müəllif: Admin
Tarix: 15-05-2018, 09:57
ƏN BÖYÜK GÜNAHLARDAN...
İmam Əli (ə) bu barədə belə bir kəlamı var:

جَهْلُ الْمَرْءِ بِعُيُوبِه‏ مِنْ اكْبَرِ ذُنُوبِه؛

“İnsanın ən böyük günahı öz eyiblərindən xəbərsizliyidir.” (“Biharul-ənvar”, 74-cü cild, səh.419.)

Adətən, günahlar nəfsin istəklərindən baş qaldırır. Misal üçün, qeybət qıran şəxs paxıllıq xüsusiyyətinə sahib olduğundan, bəyənmədiyi müqabil tərəfin onun abır-heysiyyətini aparmağa, nöqsanlarını faş etməklə həsəd və paxıllıq alovunu söndürməyə və özünü rahatlaşdırmağa çalışır; yaxud haram mal yeməkdən çəkinməyən şəxs dünyapərəst və dünya malına həris olduğu və uzun-uzadı arzulara qapıldığından dünyaya bağlanır; yaxud başqalarını təhqir edən şəxs təkəbbürlü və xudbin olduğundan, bu böyük günaha asanlıqla əl atır.

Əgər insan günahlarla tanışlığı olsa və onların nəfsani qaynaqlarını islah etsə, vücudundan günahın səbəbləri paklanacaq. Günahın səbəblərinə diqqətsizlik isə, mənfi nəticələrlə conuclanacaqdır. Elə buradan aydın olur ki, nə üçün nəfsani qaynaqlardan xəbərsizlik ən böyük günah sayılır?

Sual: Nə üçün insan öz eyiblərini görmür? Necə olur ki, xar adam başqasının ayağı altında əzildiyini bildiyi halda, gözünə girən çöpdən xəbərsizdir?

Cavab: İnsan özünün aşiqidir. Özünüsevmə hissi həddini aşdığı zaman, insan özündə əsla bir eyib görə bilmir, əksinə öz eyiblərini yaxşı xislətlər tək güman edir! Eynilə iqtisadi fəaliyyətə hövsələsi olmayan tənbəl bir şəxsin özünü zahid, yaxud da söyüşcül bir şəxsin özünü şücaətli güman etdiyi kimi!

Sual: Bununla mübarizə aparmaq üçün nə etməli?

Cavab: Tənqid və qınağı qəbul etməyi bacaran və nəticədə, öz eyiblərindən agah olanların xoş halına! Amma bu mərhələyə çatmayanlar heç olmazsa, iki əməli yerinə yetirsinlər:

1. Özünə ayna kimi eyiblərini və çatışmazlıqlarını göstərən yaxşı dost seçsinlər və imam Sadiqin (ə): “Mənim ən sevimli qardaşım eyiblərimi mənə hədiyyə edəndir.” – hədisini özünə örnək bilsin. (“Biharul-ənvar”, 71-ci cild, səh.282.)

2. Başqaları üçün eyib bildiklərindən çəkinməyə çalışsın. Misal üçün, təcili yardıma ehtiyac duyan qonşuya kömək etməyən şəxsi qınayırsa, ehtiyatlı olmalıdır ki, qonşusu ondan yardım istədikdə, öz yardımını ondan əsirgəməsin. (“İmam Əlidən (ə) 110 ibrət dərsi”, Ayətullah Məkarim Şirazi, 29-cu dərs.)


(Maide.Az)
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031