Şəban ayında duaların qəbul olunması üçün Peyğəmbərdən (s) göstəriş
Müəllif: Admin
Tarix: 26-03-2020, 10:52
Şəban ayında duaların qəbul olunması üçün Peyğəmbərdən (s) göstəriş
Rəcəb, şəban və ramazan ayları mənəviyyat dolu aylar kimi də tanınır. Bu ayların fəzilət dolu əməlləri və zikirləri vardır ki, mövzu ilə bağlı kitablarda qeyd olunub.

Allahın Rəsulu (s) şəban ayını özünə nisbət verir və bu ayı “mənim ayım” adlandırır. Allahın peyğəmbəri (s) aləmlərə rəhmət olduğu kimi, şəban ayı da rəhmət dolu bir aydır.

Peyğəmbər (s) və İmamlardan (ə) yetişən hədislərdə şəban ayı dua və hacət ayı kimi də tərif olunur. Bu ayda insanların ibadət və saleh əməlləri yüksək səviyyədə qəbul olunur.

Həzrət peyğəmbər (s) istək və diləkləri olanlar üçün bu ayda oruc tutmağı və dua edib istəməyi tövsiyə etmişlər:

“Hər kim şəban ayında həftənin 1-ci və 4-cü günü oruc tutub hacətlərini Allah Təaladan istəsə, Mütəal Allah onun 20 dünya, 20 axirət diləyini müstəcəb edər (qəbul edər). Peyğəmbər (s). (İqbalul-əmal. 3/310).
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930