İraq XİN: “Suriyaya hücum bütün region ölkələrini təhlükəyə atacaq”
Mьəllif: admin1
Tarix: 14-04-2018, 20:51
İraq XİN: “Suriyaya hücum bütün region ölkələrini təhlükəyə atacaq”
İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri Suriyaya hücumun faciə ilə nəticələnəcəyini və bütün region ölkələrini təhlükəyə atacağını deyib.

Deyerler.org Əl-Aləm-ə istinadən xəbər verir ki, İbrahim Əl-Cəfəri Ərəb Birliyinin Xarici İşlər Nazirlərinin iclasında iştirak etmək üçün Ər-Riyadda bəyanatla çıxış edib.

İbrahim Əl-Cəfəri Suriyaya hücumun faciə yaradacağı barədə xəbərdarlıq edərək, bu sammiti ölkəsinin mesajını çatdırmaq üçün istifadə edəcəyini söyləyib:

“Bizim məsələmiz prezident, hökumət və ya baş nazir deyil, bizim məsələmiz qadınlar, uşaqlar və gəncləri müdafiə olunmasıdır.

Bu silahlar və axmaqcasına siyasətlərlə bu təcavüzün nəticələrini aradan qaldırmaq mümkün olmayacaq və biz bu axmaqlığın təkrarlanmasına yol vermərik”.

Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031