İraqın xarici işlər nazirindən ABŞ-a sərt xəbərdarlıq
Mьəllif: admin1
Tarix: 3-03-2018, 15:18
Bцlmə: Xəbərlər
İraqın xarici işlər nazirindən ABŞ-a sərt xəbərdarlıq
İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri, Bağdadın qəti olaraq öz torpaqları üzərində xarici hərbi baza qurulmasını qəbul etmədiyini bildirib.

Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, İbrahim Əl-Cəfəri Bağdad hökumətinin İraqın suverenliyi məsələsində heç bir güclə zarafat etmədiyini bildirib: “2-ci Dünya Müharibəsindən sonra yaradılan ABŞ hərbi bazalarının kölgəsi hazırda Cənubi Koreya, Türkiyə, Yaponiya və digər bir çox dünya ölkələrində davam edir və bu bazalar həmin ölkələrin milli suverenliklərini pozur. İraqın suverenlik hüququ onun qırmızı xəttidir”

İraqlı parlamentarilər martın 2-si İŞİD-ə qarşı İraq ordusuna kömək edən qüvvələrə təşəkkür edərək, İraq hökumətindən Amerika qüvvələrinin İraq torpaqlarından çıxması üçün bir proqram hazırlamasını istəmişdi. İraqlı mənbələr hazırda İraqda 9 minə yaxın ABŞ əsgərinin olduğunu qeyd edirlər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930