Möminin 7 xüsusiyyəti
Mьəllif: admin1
Tarix: 24-03-2018, 21:49
Möminin 7 xüsusiyyəti
Qurani-Kərimdə buyurulur: «Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman imanları daha da artar, onlar ancaq öz Rəbbinə təvəkkül edərlər.

O kəslər ki, namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tükənməz, gözəl ruzi gözləyir». (“Ənfal” 2-4)

Gördüyümüz kimi, mübarək ayələrdə möminlərin xüsusiyyətləri bəyan edilmişdir. Bunlara işarə edək:

1. İlahi xofa malikdirlər.

2. Quran oxuyan və dinləyəndirlər.

3. Düşünən və təfəkkür edəndirlər – İlahi ayələr onları düşündürür və imanlarını artırır.

4. Həqiqi təvəkkül əhlidirlər.

5. Namazlarında dəqiqdirlər – Allah Təala onları namazqılanlardan sayır.

6. Halal ruzi qazanandırlar.

7. İnfaq edəndirlər. Səxavət – onların ən güclü tərəflərindəndir.

Allah Təala bu cür xüsusiyyətlərə malik insanları həqiqi mömin adlandırır. Onların Allahın yanında bəyənilən məqamı vardır.

Belə insanlar – bağışlanmışdırlar. Onların aqibəti xoş, axirətləri gözəldir.

Allah Təala bizləri bu gözəl sırada qərar versin, inşəallah!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031