Uşağa hansı yollarla şəxsiyyət kimi formalaşdırmaq olar?
Mьəllif: admin1
Tarix: 12-10-2021, 22:36
Uşağa hansı yollarla şəxsiyyət kimi formalaşdırmaq olar?
1.Oyunda uşaqla yoldaşlıq etmək

Oynamaq uşaq üçün əsasən yaşadığı mühitlə, eləcə də ətrafında olan imkanatlarla tanışlıq vasitəsidir. Məhz bu yolla uşağın şəxsiyyəti püxtələşir ruhi və cismi sağlamlığı təmin olunur.

Oyun vasitəsiylə uşaq, praktiki olaraq öz istək və məqsədlərini gözəl şəkildə büruzə verir bununla da yanaşı ictimaiyyət və mühitlə ünsiyyət tapır. Oyun onun həyatında ən əsas və mühüm rolu ifa edir.

Uşaqlar müxtəlif oyun və idman növlərindən ləzzət alıb böyüyür və eyni zamanda ləzzət almaları ilə yanaşı onlar üçün öz atifə və hisslərini gözəl şəkildə bildirmək fürsəti yaranır.

Uşaqlar belə bir şəraitdə get-gedə öz hissləri üzərində nəzarət etməyi öyrənir, digər tərəfdən isə oyun əsasında müxtəlif ağıl və ictimai baxımdan problemlərlə qarşılaşaraq onların həlli younda çoxlu səy göstərib çalışırlar.

Beləliklə də onlar təbii yolla həyatda rastlaşacaqları çətinliklərlə mübarizə yolunu gözəl şəkildə öyrənirlər. Vücudlarında başqalarla dostluq və onlara kömək hissləri daha da güclənir. Müxtəlif oyun və idman növləri vasitəsilə təlim və tərbiyənin bir çox mühüm hədəflərini dolayı yolla uşaq şəxsiyyətinə təmin etdirərək ali məqsədlərə yetişmək olar.

Əgər bu sahədə olan dolayı tərbiyə üsulunun əhəmiyyətinə diqqət yetirsək, İslam tərbiyəsi baxımından oyunun uşaq üçün məxsusən ömrünün əvvəlinci yeddi ilində nə dərəcədə böyük rol oynadığını görərik.

Uşaq oyun zamanı bir sıra təcrübələri əldə edərək çox şeyləri öyrənir. Belə ki, başqalarına hörmət etməyə və digər məharətlərə adət edir. Bundan əlavə o, səy göstərib çalışmağı, daha artıq diqqətli olmağı, maraq və həvəs göstərməyi, hansı yerdə necə danışmağı bədənin hiss və digər üzvlərindən istifadə qaydalarını öyrənir.

Oynayarkən başqaları ilə necə rəftar edib davranmaq oyunda nizam-ntizama əhəmiyyət vermək, həmçinin qarşılıqlı münasibətdə özgələrin hüququna riayət etmək kimi gözəl keyfiyyətlərə yiyələnir. Eləcə də diqqətlə qulaq asıb heç nəyi nəzərdən qaçırmağı, düzgün yol getmək və qaçmaq qaydalarını, qısası içtimai və yaşayış normalarını gözəl öyrənir.

Bütün bunlar ona görədir ki, bu vaxt uşağın istək və meyli onun diqqət mərkəzi ilə uyğunlaşır. Çünki o, sadaladığımız şeyləri asan, sadə və hər hansı quru, yorucu bir şəraitdə keçən sinif mühitindən uzaq bir şəkildə öyrənir.

Belə ki, o, uşaqlığının bu dövründə qeyri-adi enerji və coşqunluğa malik olduğu üçün uzun müddət sıxıntı və məhdud mühit çərçivəsində fikir qüvvəsini toplaya bilmir.

Ümumilikdə, oyun nəticə etibarı ilə bu məqsədləri güdür:

1. Mühitlə tanışlıq.

2. Həyat təcrübəsi.

3. Bir çox bacarıqları əldə etmək.

4. Özündəki maraq və həvəs hisslərini gücləndirərək dərs və sinif mühitinə hazırlıq.

5. Təsirlənmək və atifə qüvvələrini işə salmaq.

6. Baş qarışdırıb ləzzət almaq və bu yolla yorğunluq və tənbəlliyi aradan qaldırmaq.

7. İctimai əlaqələrlə tanışlıq.

8. Fərdi və ictimai vəzifələrlə tanışlıq.

9. Ruh və cismin həddindən artıq olan enerjisini kənarlaşdırmaq.

10. Dolayı yolla təlim və tərbiyə.

Uşaqlara şəxsiyyət vermə yollarından biri də böyüklərin onların oyununda iştirak etməsidir. Böyüklər özlərini uşaqların səviyyəsinə endirərək onların oyununda iştirak və ya onların xırda işlərində kömək etdikdə uşağın ruhu sevinc və şadlıqdan coşub daşır.

Hətta xoşhallığından bir növ həyəcan hissləri belə keçirir. Valideynlərinin onunla həmkarlıq etməsindən işlərinin əhəmiyyətli və dəyərli olduğunu düşünür. Məhz elə bu yolla da uşaqda gözəl adət və xasiyyətlərin yaranmasına nail olmaq olur.

Rəsulallah (s) buyurur: "Uşaqla ünsiyyətdə olan adamın rəftarı da gərək uşaq sayağı ola".

2. Uşağa salam vermək

Rəsullallah (s) buyurardı:
Beş şey var ki, onları ölənə qədər tərk etməyəcəyəm: "...Onlardan biri də uşaqlara salam verməkdir. Bu əməlimi həmişə icra edəcəyəm ki, bu iş məndən də sonra müsəlmanlar arasında geniş surətdə yayılsın (adətə çevrilsin).

Bir uşağa salam verib və bu yollada ona hörmət göstərilərsə, o uşaq özünün hörmət və ləyaqətli olduğuna inanar. Elə uşaq yaşlarından özgələrinin ona hörmət bəslədiklərinə yəqin edir.

3. Əhdə vəfa etmək

Uşaq həmişə böyükləri və tərbiyəçilərinin onu hansısa bir şeyə həvəsləndirmə məqsədiylə ona verdikləri sözə qarşı çox diqqətli yanaşaraq sözlərinə əməl etmələrinin intizarında olur. Bu halda əgər sözlərinə əməl etməzlərsə, uşağın etimadı onlara qarşı get-gedə azalır və artıq sözlərinə bir o qədər də əhəmiyyət vermir.

Burada İmam Museyi Kazim (ə) buyurur: “Uşaqlara söz verdiyiniz zaman sözünüzə əməl edin Çünki uşaqlar sizi onların ruzi verəni kimi tanıyırlar”.

4. Mülayim və səbirli olmaq

Uşaqların təlim-tərbiyələri gərək mehribanlıq və güzəştə getməklə yanaşı ola. Səhvlərinə göz yumub onlarla nəzakətli rəftar və onlara kömək etmək lazımdır.

Uşaqla rəftar olunarkən gərək onun xüsusiyyətləri də nəzərə alına. Onun çevikliyi və coşqunluğu müqabilində çətin olarsa da belə səbr edib hövsələli olmaq lazımdır. Necə ki, Rəsuli-Əkrəm (s) buyurur:

Övladın kiçik yaşlarında çevik və coşqun olması çox gözəldir. Belə olarsa böyük yaşlarında o sakit təbiətli hörmət və şəxsiyyətə malik olacaq.
Eləcə də başqa bir hədisdə buyurmuşdur:

Uşağın kiçik yaşlarında şeytanlıq və dəcəllik edib coşqun təbiətli olması böyüyəndə çox ağıllı olacağından xəbər verir.

Şeytanlıq və dəcəllik etmək uşaqlarda normal bir haldir. Valideynlər gərək bu halın qeyri-təbii olduğunu düşünməyib kəskin və qətiyyətli şəkildə qarşısını almasınlar. Əksinə olaraq gərək belə hallarda son dərəcə mülayim və xoş rəftar olalar.

Gərək uşağın qeyri-adi rəftarı tərbiyəçi və valideynlərini narahat edib səbir və hövsələdən çıxarmaya.

Allah-taala Rəsulallaha (s) müraciətində buyurur:
ادفع بالتی هی احسن
"Pisliyə qarşı son dərəcə gözəl cavab ver və xoş rəftarla onu kənarlaşdır".

Uşağın tərbiyəsi ilə məşğul olan adam gərək ona qarşı kobud və əzazil olmaya. Çünki qəzəb və kobudluqla onları tərbiyə etmək olmaz.

Hətta Allah-taala öz istəkli Peyğəmbərinə (s) camaatla rəftar etmək barəsində xitab edərək buyurur:
ولو کنت فظا غلیظ القلب لاتفضو من حولک
"Əgər xoş əxlaqlı olmasaydın camaat sənin ətrafından dağılışardılar".

Rəsulallah (s) özü bu mövzuda buyurur: "Tərbiyə zamanı üzü yola və güzəştli olun belə ki, savadlı müəllim zəhimli tərbiyəçidən daha yaxşıdır".

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930