Hansı səbəbə görə pulsuz balıqlar yeyilmir?
![]() Düzdür, bəzən mömin və möminələr sual verirlər ki, pulsuz balıqların yeyilməməsinin nəqli dəlilləri nədir? Biz bu mövzuda bəzi dəlilləri bu yazıda təqdim edəcəyik. İmam Baqirə (ə) sual etdilər: "Allahın rəhməti sizin üzərinizə olsun. Bəzən bizə balıq gətirirlər ki, pulu yoxdur". İmam Baqir (ə) cavab olaraq onlara buyurdu: "O balıq ki, pulu var – yeyin, o balıq ki, pulu yoxdur – yeməyin". İmam Sadiqdən (ə) nəql edirlər ki, o Həzrət (ə) buyurub: "O balıq ki, pulu yoxdur – yeməyin". İmam Əlidən (ə) də bu barədə hədis nəql olunur. Belə ki, bir gün İmam Əli (ə) bazara daxil olur və uca səslə buyurur: "Agah olunuz! Pulsuz balığın yeməyindən və alış-verişindən çəkinin!". İmam Sadiqdən (ə) nəql edirlər ki, o Həzrət (ə) buyurub: "O balıqdan yeyiniz ki, pulu var və pulu olmayanı yeməyin". (Mənbə: Hürr Amili, "Vəsailuş-şiə", c. 24, səh 127). (Allahverdi Əlizadə,“Dəyərlər”) Oxşar xəbərlər
|