Dəyərli alim İmam Rzanın (ə) hərəmindən nə dərsi götürdü?
Mьəllif: admin1
Tarix: 19-03-2022, 10:34
Dəyərli alim İmam Rzanın (ə) hərəmindən nə dərsi götürdü?
Tanınmış alim və əxlaq ustadı Möhsün Qiraətinin İmam Rzanın (ə) hərəmindən götürdüyü ibrət dərsi.

Əxlaq ustadı Möhsün Qiraətinin xatirələrini ehtiva edən əsərdə deyilir: “İmam Rzanın hərəmində ziyarətlə məşğul və mənəvi halda idim. Bir şəxs gəlib yanımda əyləşdi.

Əlində bükdüyü və bir neçə dəfə qatladığı pul qədimi iyirmi tümənliyə oxşayırdı. O pulu mənə tərəf uzadıb “ağa bu pulu alın, verərsiniz bir kasıba”,- dedi.

Mən ona dedim ki, belə bir adam tanımıram. Bir qədər vaxt keçdikdən sonra yenidən pulu mənə uzadıb, həmin sözünü təkrarladı. Mən yenə həmin cavabı verdim.


Onun bu addımı üçüncü dəfə də təkrar oldu. Sonda narahat oldum və dedim: Cənab siz əlinizə iyirmi tümənliyi almısınız və məni rahat buraxmırsınız. Niyə?

O şəxs cavab verdi: Yox ağa bu min tümənlikdir. (O zaman min tümənliyin yaxşı dəyəri var idi.)

Mən min tümənlik olduğunu biləndə dedim: Yaxşı mən yetimlərə qəyyumluq edən bir xeyriyyə cəmiyyəti tanıyıram.

O, pulu mənə verib, getdi.

O getdi. Mən birdən anladım ki, bu İmam Rzanın (ə) mənə bir mesajı idi ki, sən yaxşı mənəvi halda olasan, iki litr göz yaşı tökəsən, amma qanın təzyiqi çoxlu pulla qalxarsa, onda sənin səlahiyyətin yoxdur.

Mən bu zaman İmam Rzanın (ə) hərəmində öz (mənəvi) zəifliyimə görə çox xəcalət çəkdim.”

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930