Ey Allahın rəsulu (s) mənə nəsihət edin!
Mьəllif: admin1
Tarix: 14-03-2022, 22:18
Ey Allahın rəsulu (s) mənə nəsihət edin!
“Səni də (Ya Rəsulum!) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik!” (Ənbiya-107)

Allah Təala həm Öz kitabı Quranı, həm də Öz peyğəmbərini (s) aləmə, bəşəriyyətə bir rəhmət olaraq göndərib. Çünki insan bu iki dəyərli əmanətə sahib çıxdıqca həm dünyasını, həm də axirətini abad edir. Həm dünyada, həm də axirətdə ilahı rəhmətə qovuşmuş olur.

Çünki din və dini tövsiyələr tək axirət üçün deyildir. Bu cür düşünənlər, və ya bu cür təqdim edənlər dini düzgün təqdim etmirlər. Çünki qeyd etdiyimiz ayədə “aləmlər” deyə zikr olunur. Dünya, axirət və bilmədiyimiz neçə aləm.

Dünya özü də insanın var olduğu bir aləmdir. Bu aləmdə də insanın müəyyən fərdi və ictimai işləri, vəzifələri vardır. Bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün insanın ilahi rəhmətə ehtiyacı vardır. Bu ilahi rəhmət, Peyğəmbərdir (s) və bu peyğəmbərin bizə gətirdiyi ilahı buyruğlardır!

Bir gün bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib dedi:

Ey Allahın Rəsulu (s)! Mənə elə şeylər öyərət ki, Allah məni Özünə dost seçsin, camaat da məni sevsin, ruzim bol olsun, ömrüm uzun olsun, bədənim sağlam olsun və həmçinin axirət həyatımda sizinlə birgə olum?

Peyğəmbər (s) buyurdu: İstədiyin bu 6 şeyin digər altı mətləbə ehtiyacı vardır.

1 - Əgər istəyyirsənsə Allah səni dost tutsun, Ondan qorx, təqvalı ol!

2 – Əgər istəyirsən camaat səni sevsin, onlarla xoş rəftar et və gözünü camaatın əlində olanlardan çək!

3 – Əgər istəyirsən Allah əlində olanlara bolluq versin, əlində olanın zəkatın ver!

4 – Əgər istəyirsən bədənin sağlam olsun, sədəqə ver!

5 - Əgər istəyirsən ömrün uzun olsun, qohumlarına və yaxınlarına baş çək!

6 – Əgər istəyirsən mənimlə birgə həşr olasan (qiyamətdə birgə olmaq) Qəhhar olan Tək Allahın dərgahında uzun-uzadı səcdələr et! (Əlamud-din 268).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930