Dost odur ki, səhvini sənin üzünə desin
Mьəllif: admin1
Tarix: 14-10-2021, 21:57
Dost odur ki, səhvini sənin üzünə desin
Məsumlarımızın (ə) nəzərinə görə, hər bir müsəlman başqa müsəlman qardaşının aynasıdır və ona görə də əgər onda nöqsan və səhv görərsə, mütləq onu deməli və qarşısını almağa çalışmalıdır. Əks halda, onun xeyirini istəməmiş kəslərdən olar.

Ancaq çox təəssüf ki, müasir zamanda tənqid və nəsihət kimi əməllərə heç də yaxşı münasibət bəsləmirlər. Bu da bizim əxlaqi naqisliyimizdən irəli gəlir.

İmam Sadiqin (ə) buyuruşuna görə, ən yaxşı dost o kəsdir ki, onun səhvini üzünə deyər. Yəni, bu tənqid dosta edilən ən dəyərli hədiyyə hesab olunur.

Əmirəl-möminin (ə) buyurur: “Sənin ən pis (din) qardaşın o kəsdir ki, səninlə ikiüzlü rəftar edər. Eybini səndən gizlədər”.

İmam Əli (ə) həmçinin buyurur: “Hər kim sənin çirkinliklərini səndən gizlədər – sənin düşmənindir”.

O kəslər ki, tənqidi qəbul edə bilmir və təhqir hesab edir – gərək baxışlarını dəyişdirsinlər. Çünki əgər biz ictimai varlıqlarıqsa, gərək cəmiyyətə fayda verəcək əməlləri yerinə yetirək. Əksinə cəmiyyətə ziyan vuran və onu fəsada tərəf aparan əməllərin qarşısını alaq. Əks halda bu cəmiyyətin sonu necə olar? Bir düşünək.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930