Nə edək ki, Allah yadımızdan çıxmasın?
Mьəllif: admin1
Tarix: 3-03-2018, 13:31
Nə edək ki, Allah yadımızdan çıxmasın?
Əslində Allaha diqqət etməyin kökləri hər birimizin batinində yerləşir. Əgər biz özümüz Allahı yada salmasaq, Allah da bizi unudacaqdır. “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım”. (“Bəqərə” 152).

Ona görə də əgər Allahın bizə diqqət etməsini istəyiriksə, gərək özümüz Allahı yada salaq. Allahı yada salmağı gərək təmrin edək.

- Namaz – ən mühüm təmrindir ki, bizə Allahı yada salır.

- Namaz qılan zaman bizə mane olan fikirləri uzaqlaşdıraq və qəlb hüzuru əldə etməyə çalışaq.

- Məşğul olduğumuz yerlərdə fikirlərimizi çox şey dağıdır. Küçələr, bazar və ya iş yeri kimi. İşimizi görə-görə Allahı zikr etməyə çalışaq.

- Dilimizdə adət etdiyimiz zikrləri deyən zaman niyyətimizi həqiqətən ibadət edək. Misal üçün, əsəbiləşən zaman əgər “Lə iləhə illəllah” deməyə adət etmişiksə, onu ibadət niyyətilə yerinə yetirək, sadəcə dil adəti niyyətilə deyil.

- Fürsətləri əldən verməyək və Allaha çatdıraq ki, həqiqətən də Onu yada salmaq istəyirik. Bu zaman Allah da bizə yardım edəcəkdir.

- Hər bir işi Onun gözəl adı ilə başlayaq.

- Namazdan qeyri hallarda da dəstəmaz alaq və çoxlu salavat göndərək. Əhli-Beytdən (ə) bizə bu işdə yardım etməsini ürəkdən istəyək.

Beləliklə, Allahı yada salmağı təmrin etməklə, Ona diqqət etmək halətini daxilimizdə möhkəmlədək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930