Allahın Siddiq bəndələri - Onlar kimlərdir?
Mьəllif: admin1
Tarix: 23-02-2018, 10:37
Allahın Siddiq bəndələri - Onlar kimlərdir?
Mütəal Allah Qurani-Kərimdə yüksək rütbəli bəndələrini belə sadalayır:

Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır! (Nisa -69)

Burada gələn Siddiq rütbəsi də diqqət çəkir.

Bu rütbəyə və məqama kimlər yüksələ bilər? Bunun üçün imamlardan nəql edilən bir hədisə diqqət yetirək.

İmam Sadiq buyurub:

“Allah Musa ibni İmranı xilas edəndə buyurdu: Ey Musa mən mömin bəndədən gözəl bir mövcud xəlq etməmişəm. Mən onu imtahan edəndə ona xeyir olanı edirəm. Mən ona nəyin uyğun olduğunu bilirəm. Elə isə o, mənim imtahanıma səbr etməli, nemətlərimin qarşılığında şükr etməli və mənim qəzavü-qədərimlə razılaşmalıdır. O zaman mən onu Siddiqlərdən yazacağam.” (Bihalu-Ənvar, 10-130)
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930