Qurani-Kərimdə Həzrət Məryəmin (ə) məqam
Mьəllif: admin1
Tarix: 3-07-2015, 15:57
Qurani-Kərimdə Həzrət Məryəmin (ə) məqam

Sonuncu peyğəmbər Həzrət Muhəmmədə (s) nazil olan səmavi kitab, Qurani-Kərimdir. O
insanların səadətini bu kitabın göstərişlərinə əməl etdikləri təqdirdə öz öhdəsinə götürmüşdür.
Quranda ilahi təlimlərdən əlavə saleh və təqvalı insanlardan da ibrət almaq məqsədilə yad
edilib. Bu barədə Allah-taala İslamdan öncəki dində olan saleh insanlardan da misal
gətirmişdir. Buna görə həm saleh və təqvalı kişilərdən yad edilib və həm də iffətli və namuslu
qadınların bəzisinin adı ibrət olaraq Qurani-kərimdə zikr olunmuşdur. Çünki Allah-taalanın
nəzərində təqvasiz kişi və yaxud qadının heç bir dəyəri yoxdur. Buna görə ki, onları Allah-taala
yanında ucaldan təqvadır. Quranda iffətli, namuslu, təqvalı və ibadətkar kimi yad edilən
şəxslərdən biri də Həzrət Məryəmdir (ə). Həzrət Məryəm (ə) iki nümunəvi qadınlardan biridir
ki, Allah-taala Quranda Fironun xanımını (Asiyə xanım) nümunə göstərdikdən sonra onu
mömin insanlar üçün ülgü qərar vermişdir. Bu haqda Təhrim surəsində belə buyurulur:
“(Allah mömin qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın
qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan
(Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini),
kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu.” (Təhrim surəsi, 12-ci ayə)
Həzrət Məryəm (ə) öz Allahını tanıyaraq ondan lazımınca itaət etdiyinə görə Allah-taala onu
möminə və pak qadın kimi qələmə vermişdir. Ayəyə diqqət etsək O Həzrəti (ə) ancaq qadınlar
üçün misal çəkməmişdir. Yad olunan ayədə ancaq qadınlara ibrət olsun deyə heç bir qeyd
görünmür. Bəlkə bu xanım hər bir kişi və qadın üçün bir örnəkdir.
Bu xanım Allah-taala yanında o qədər əziz idi ki, Rəbbi onun üçün hazır yemək nazil edirdi.
Necə ki, Quranda deyilir:
“Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və
Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun
yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” -
2
dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz
ruzi verər!” (Ali-İmran,37).
Məryəm xanım öz ibadət və itaəti hesabına elə bir məqamlara ucalmışdır ki, mələkləri görür,
onlarla söhbət edir və lazım olan məslətləri əldə edirdi. Yenə də həmin surədə o xanım belə
tanıtdırılıb:
“(Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm,
həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın)
qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku
edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)”. (Ali-İmran, 42-43)
Həzrət Məryəm baxmayaraq ki, Allah-taala yanında insanlara məlum olmayan ali məqamlara
yüksəlmişdir, lakin Rəbbi onu digər uca məqamlı insanlar kimi imtahana çəkdi. Allah-taala
Cəbrail mələyi insan şəkilində Həzrət Məryəmin (ə) yanına göndərdi ki, Allah-taalanın əmrilə
onun hamilə qalmasını söyləsin. Həzrət Məryəm (ə) onu yad bir kişi olduğunu gördükdə belə
dedi:
“(Məryəm) dedi: “Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə (mənə
toxunma)!” (Məryəm, 18)
Xəlvət bir məqamda və eyni zamanda şeytanın hazır olan bir yerdə Hz.Məryəm (ə) onu
günahdan çəkindirməyə başlayır. Halbuki, o şəxs elə Allah-taalanın öz elçisi idi. Və buda onun
təqvasından irəli gələn hərəkətdir.
Qurani-kərim Həzrət Məryəmi (ə) Maidə surəsinin 75-ci ayəsində Siddiqə ləqəbi ilə yad edir.
(Həzrət İsanın Anası Siddiqədir.)
Bu ləqəb Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən və yaxud çox tamamilə düz danışan
mənasındadır. Bu ləqəb İslam aləmində böyük məna daşıyır. Allah-taala siddiqlərin məqamını
3
(Siddiq və yaxud Siddiqə eyni mənalardadır. Fərqləri ancaq kişi və qadına aid olmağındadır.)
peyğəmbərlər, salihlər və şəhidlərin məqamının kənarında qərar veribdir. Hər bir kişi və qadın
gündəlik namazlarında bu cürə deyir:
“Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların
və (haqdan) azmışların (yoluna) yox!” (Fatihə, 6-7)
Allah-taala başqa bir ayədə nemət verilən şəxsləri belə açıqlayır:
“Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər
(peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri
hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə
olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (Nisa, 69)
Mübarək ayədən belə anlaşılır ki, uca Allah və onun rəsuluna itaət etmək, elə bir karvanla
səfərə çıxmaq kimidir ki, o karvanın müsafirləri peyğəmbərlər, siddiqlər, şəhidlər və
salehlərdir. Şübhəsiz ki, belə bir ləyaqətli dostlar və müsafirlər öz dostunun ayağının
ləngidiyi vaxt, ifrat və təfritə yol verdiyi zaman ona düz yol göstərər, acizlik və yorğunluq
hiss etsə ona güc verər. Buradan məlum olur ki, Həzrət Məryəm (ə) öz Siddiqə ləqəbiylə
nemət verilən şəxslərdən hesab olunur. Qiyamət günündə isə ən yaxşı şəfaətçilərdəndir.
Çünki o, Həzrət yaşadığı müddətdə öz həyatını Allah-taalanın bəndəliyi yolunda həsr
etmişdir. Həyatda ən doğru seçim elə budur. Buna görə də uca Allah onun yolunu düz yol
hesab edərək hər gün namazlarımızda O, xanımın yolunu diləməyimizi istəmişdir. Çünki
Həzrət Məryəm (ə) Allah və onun rəsulunun göstərişlərinə itaət etməklə bu məqama
ucalmışdır. Rəbbinin yanında məqam uman və onun sevdiyi kəslərdən olmaq istəyən kəs
gərək öncədən bu məqama yüksələn kəslərdən örnək götürsün.

Mahir Məmmədov
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930