Əhli-Beytin (ə) məsumluğunu isbat edən ayə
Mьəllif: admin1
Tarix: 20-02-2018, 14:09
Əhli-Beytin (ə) məsumluğunu isbat edən ayə
“Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın Kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu, (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir”. (“Nisa” 59).

Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) ismətini təsdiq edən ayələrdən biri də bu ayədir. Çünki Allah bu ayədə Peyğəmbərə (s) itaət etməyi ulul-əmr hesab etmişdir. Yəni Həzrət (s) hər nə göstəriş və əmr versə, sorğu-sualsız yerinə yetirilməlidir.

Əgər ulul-əmr məsum olmazsa, ola bilsin ki, bilərəkdən və ya səhvən Allaha müxalif olan əmrlər versin. Ona görə də bu ayə bir daha məsumluğu isbat edir. Sözügedən ayə - itaət olunmağı vacib buyuran mühüm ayələrdəndir.

O cümlədən, əhli-təsənnün təfsirçisi olan Fəxri Razi bu ayədə məsumluğun isbatından söhbət getdiyini etiraf etmişdir. Bu ayənin təfsirində yazır:

“Beləliklə, sabit oldu ki, Allahın ulul-əmrə itaətlə bağlı göstərişi – qəti və mütləqdir. Həmçinin sabit oldu ki, Allah o kəsi ki, itaətə vacib bilir – xata və səhvdən məsum olmalıdır. O zaman ki, belə olar, bu ayədə olan ulul-əmr mütləq gərək məsum olsun”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim bütün ümmətim behiştə daxil olacaqdır, məgər o kəsdən başqa ki, boyun qaçırdar”. Soruşurlar ki, bəs kimlər boyun qaçırdırlar? Buyurur: “Hər kim mənə itaət edər, behiştə daxil olar. Hər kim mənim əmrimə itaət etməz, boyun qaçırdanlardandır”.

Allah Təala bizləri Əhli-Beytə (ə) itaət edənlərdən qərar versin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031