Özü öz çətinliyini unudan insan umur ki, Allah onun çətinliyini yadda saxlasın!!
Mьəllif: admin1
Tarix: 13-02-2018, 13:46
Özü öz çətinliyini unudan insan umur ki, Allah onun çətinliyini yadda saxlasın!!
Allah-Taalla öz bəndələrini duaya, raz-niyaza dəvət edir, buyurur ki, qəlblər Allahı zikr etməklə aramlıq tapar.

Əgər Allah buyurursa ki, “məndən istəyin”, demək istəklərimizi yerinə yetirmək istəyir. Bəs nə üçün dualarımız qəbul olmur? Bəli, duanın qəbul olmasının şərtləri var.

Bu şərtlərdən biri davamlı, fasiləsiz dua etməkdir – duada israr! İnsan çox vaxt Allahdan nəsə istəyir və bir-iki dəfə dua edəndən sonra yorulur, hətta dua etməyi yaddan çıxarır. Əgər sən öz probleminin həlli üşün duanı yaddan çıxarırsansa, hansı əsasla Allahdan diqqət gözləyirsən?!

Ayətullah Behcətə yaxın ruhanilərdən biri nəql edir:

İşlərimdə müşkül yarandı. Ayətullah Behcətin görüşünə getdim. Cənab Behcət problemim haqqında danışıb Xəsaisül-Əimmə kitabından xüsusi bir tapşırıq verdi, buyurdu ki, inşallah problemin həll olar...

Bu görüşdən 2-3 ay keçdi, amma o iş düzəlmədi. Bir gün yuxuda Behcəti gördüm. Buyurdu ki, yorulma!.. Mən onun yuxuda dediyi kimi etdim, dualarımı davam etdirdim, işlərim qaydasına düşdü.

Vilayet.info
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031