Dualarımız niyə bəzən qəbul olunmur? Duanın qəbul olma şərtləri
Mьəllif: admin1
Tarix: 27-03-2022, 12:31
Dualarımız niyə bəzən qəbul olunmur? Duanın qəbul olma şərtləri

Hərdən elə olur ki, dualarımız qəbul olunmur. Belə ki, duanın həyatı keçməsi üçün şərait lazımdır.

Bəzən də Allah bizim bir duada təkid etməyimizi istəyir. Bizim səbirimizi imtahana çəkir. Bu məsələ bizin inkişaf etməyimizə səbəb olar.

Hədislərdə oxuyuruq ki, Allah bəndəsinə çətinliklər verər və əgər səbir edərsə, məqamını yüksəldər. Ona görə də insan gərək dua etməkdən yorulmasın.

Həmçinin ümidsiz olmasın. Bunu bilək ki, Allah bizlərə ən layiqli və xeyirli nemətlər vermək istəyir. Bizim səbirimizin əcrini axirətdə verəcəkdir. Axirət nemətləri dünya nemətlərindən daha üstündür.

Allah Təala Quranda buyurur ki, Məndən istəyin ki, yerinə yetirim. Ancaq duanın həyata keçməsi hədislərə görə dörd şəkildə həyata keçər.

1. Bəzən dualarınız tez yerinə yetər.

2. Bəzən təxirə düşərək yerinə yetər.

3. Bəzən axirət neməti şəklində insana verilər.

4. Bəzən də günahların kəffarəsi olar və günahların bağışlanmasına səbəb olar.

İnsan dua edən zaman özü üçün yəqin etməlidir ki, Allah onun dualarını eşidir və bizim xeyirimizə olaraq həmin duanı qəbul edəcəkdir.

Bir nəfər Məsum İmamların (ə) birindən soruşur ki, bizim dualarımız niyə yerinə yetmir? Buyurur: “Çünki kimi çağırdığınızı bilmirsiniz və başqalarına ümid edirsiniz”.

Ona görə də dua etməzdən əvvəl Allaha olan elmimizi və mərifətimizi artırmalıyıq. Bilməliyik ki, Allahdan savayı heç kəs bizim ehtiyaclarımızı yerinə yetirə bilməz. Bizim tək söykənə biləcəyimiz dayaq – Uca Allahdır.

Başqa bir nöqtə budur ki, Allah Təalanın göstərişlərinə əməl etməliyik. Yəni, Allahın bizə buyurduğu bütün vacibatları ən yaxşı şəkildə yerinə yetirək və haramları tərk edək. İlahi əhkamlara əməl etmək dualarımızın qəbul olmasına yardım edər.

Hədislərin bir çoxu buyurur ki, Allahın haram buyurduqlarına riayət etməmək duanın qəbul olmasına mane olar. Ona görə də bəndə gərək itaət etsin və həm də ümidli olsun ki, duaları qəbul olsun. Allah qorxu ilə rica arasında olan bu halı sevir.

Duaların qəbul olması üçün bəzi tövsiyələr edilmişdir, o cümlədən Məsumlara (ə) təvəssül etmək və onları Allah yanında vasitə qərar vermək.

Alimlərimizin də tövsiyələri vardır. Belə ki, Ayətullah Kəşmiri hədislərə əsasən duanın qəbul olmasının üç şərtini bəyan edir:

1. İstiğfar zikrini demək.

2. Salavat göndərmək.

3. Sədəqə vermək.

Rəhmət dönəmi olan rəcəb-şəban ayları Allah bəndəsi üçün yaxşı fürsətdir ki, bu İlahi rəhmət yağışını fürsət bilib, Allahdan dualarının həyat keçməsini istəsin.

Həmçinin duanın şəraitləri vardır ki, bunlardır:

1. Dua edən zaman təvazökar halda Allahdan qafil olmadan hacəti istəmək və bilmək ki, Kimin qarşısındasan.

2. Mütləq təvazökar və müti şəkildə olmalısan, əks halda dua qəbul olmaz.

3. Hacətimizin yerinə yetəcəyinə ümidimiz olsun.

4. Allahı tanıyaq, elmini, qüdrətini və əzəmətini bilək.

5. Allaha hüsni-zənn edək. Hədisdə oxuyuruq ki, hər kim Allaha necə güman bəsləsə, Allah da ona o cür bəsləyər.

6. Allahın göstərişlərinə əməl edək və başqalarına zülm etməyək.

7. Duanın şərtlərinə əməl etmək: təharətli olmaq, Allahı Ona məxsus adlarla çağırmaq, nemətlərini zikr etmək, günahları yada salmaq, duanı bir neçə dəfə təkrar etmək - ən az halı üç dəfədir, gizlində dua etmək, duanın əvvəlində və axırında salavat göndərmək, Məsumlara (ə) təvəssül etmək.

8. Ürəyi Allahdan qeyrisindən pak etmək və ancaq Ona söykənmək.

9. Yemək istəyən dilənçi kimi iki əli yuxarı qaldırmaq, Allahın Rəsulu (s) belə edərdi.

10. Xüsusi zamanlarda dua etmək və ən çoxu cümə günü və cümə gecəsi və gecə yarısıdır.

11. Xüsusi məkanlarda dua etmək: İmam Hüseynin (ə) qübbəsi, Ərəfat səhrası kimi.





/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930