Qurani-Kərimin “muzəbzəb” deyə məzəmmət etdiyi kəslər kimdir?
Mьəllif: admin1
Tarix: 2-02-2023, 11:30
Qurani-Kərimin “muzəbzəb” deyə məzəmmət etdiyi kəslər kimdir?
Qurani-Kərim həm müjdə verən, həm də təhdid edən kitabdır. Belə ki, Quran düzgün əqidə və əməl sahiblərini müjdələyir, əqidə və əməldə yanlış olanları isə dünya və axirət rüsvyçılığı ilə təhdid edir.

Qurani-Kərim öz müraciət formaları lıə insanları qismlərə ayırır. Kiminə iman gətirənlər, kimilərə kafir deyə müraciət edir. Həmçinin Quranın insanları bülgülərə ayırmasının meyarı iman və əqidədir. İnsanlar Quran işığında iman və əqidə ilə imtiyaz (üstünlük) əldə edirlər.Hər kəsin üstünlük dərəcəsi Allaha bqğlılığı qədərdir:

“Həqiqətən sizin Allah yanında ən hörmətliniz ən təqvalı (Allaha itaətkar, pəhrizkar) olanınızdır.” (Hucurat-13)

Qeyd etiyimiz kimi Qurani Kərim insanı müxtəlif formalarda, müxtəlif adlarla bəzən mədh, bəzən də məzəmmət edir. Bu insanın əldə etdiyi mənəvi vəziyyəti ilə əlaqədardır. Quranın məzəmmət edərək “Muzəbzib” deməsi də bir növ məzəmmət formasıdır:

“Muzəbziblər tərəddüd edib nə bunlara, nə də onlara tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən!” (Nisa-143)

Ayənin zahiri məzmunundan və davamında zikr olunan kəlamdan aydın olur ki, ayə məzəmmət məzmunlu ayədir. Məcməul-bəyan təfsirində “muzəbzəb” kəlməsi barədə qeyd olunur ki, bu kəlmə “zəbzəbə” kəlməsindən əldə edilmiş isimdir (addır). Zəbzəbə kəlməsinin lüğəti mənası: “asılmış bir şeyi hərəkətə gətirilməklə öz-özünə hərəkət etməsinə deyilir.”

Təfsiri-nümunədə bu kəlmənin münafiqlərə nisbət verildiyi qeyd olunur. Yəni iman və küfr arasında gedib gələn, tərəddüd edənlər, sərgərdan olanlar mənasındadır. Yəni onlar möminlər və kafirlər (iman və küfr) arasında gedib gələrlər.

Həmçinin “müzəbzəb” kəlməsini iki qəlbli, iki üzlü kimi təfsir edənlərdə vardır. Hər halda bütün bu deyilənlərə bir ad vermək olur: Münafiq.

Münafiq iki üzlü mənasındadır. Onlar iman əhlinin yanında özlərini imanlı, küfr əhlinin yanında əhli inkar və fasiq kimi göstərərlər. Bunlar ən təhlükəli insanlardır. Çünki şəraitə uyğun simalarını dəyişə bilirlər. Münafiq həm iman əhli üçün, həm də kafirlər üçün təhlükədir. Onun dostu olmaz, olduğu simada görsənməz. İşi yalnız fitnə və nifaq salmaqdır. Münafiq kafirdən də pisdir. Çünki olda iki pis xislət cəm olub: küfr və ikiüzlülük. Bu səbəbdən münafiq də kafir kimidir:

“Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!” (Nisa -140).


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930