Dünya və axirəti bir yerdə istəmək lazımdır
Müəllif: Admin
Tarix: 12-02-2018, 21:06
Dünya və axirəti bir yerdə istəmək lazımdır
“Onlardan bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru»”. (“Bəqərə” 201).

Bu ayədən də göründüyü kimi, kamil müsəlman dünyanı istədiyi kimi, axirəti də istəməlidir və bu ikisini bir yerdə arzulamalıdır. Yəni, həm dünya nemətlərindən istifadə edər və eyni zamanda dünyanı axirətin tarlası qərar verər. Bu cür insanlar şübhəsiz ki, öz dua və münacatlarından bəhrə apararlar.

Hədislərin bir çoxunda oxuyuruq ki, şükür edən qəlb, zikr deyən dil, imanlı həyat yoldaşı insana dünya və axirət işlərində yardım edər. Bu nemətlər dünya və axirətin həsənələrindən hesab olunur.

Əgər Qurana nəzər salsaq, görərik ki, dünya və axirət sözünün hər biri 115 dəfə işlənmişdir, yəni bərabər sayda.

Dünya da, axirət də möminin diqqət mərkəzində olmalıdır. Müsəlman gərək hər ikisinə də diqqət göstərsin. Ancaq yaddan çıxartmasın ki, dünya axirət üçün sadəcə tarladır, məqsəd və hədəf deyildir.

Yuxarıdakı ayə hər bir möminə bununla bağlı necə dua etməli olduğunu belə öyrədir.

Bu mübarək ayədən çıxartdığımız nəticələr:

1. Dünya və axirəti birlikdə istəyək.

2. Dua etmək ədəbini də Qurandan öyrənək.

3. Əgər səyimizin səmərəli olmasını istəyiriksə, həm dünya və həm də axirətimizi düşünək.

4. Hər iki dünyada yaxşılıq ardınca olaq və hər iki dünyada əzabdan uzaq olaq.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031