Hicabsızlığın axirətdə acı əzabları
Mьəllif: admin1
Tarix: 1-02-2024, 10:33
Hicabsızlığın axirətdə acı əzabları
Hicab taxmaq və gözəlliyini naməhrəmdən qorumaq – hər bir müsəlman qadının vəzifəsidir. Əgər bu vəzifəsinə əməl etməzsə, onu əzablar gözləyir. O cümlədən:

1. Cəhənnəm atəşi. Həzrət Peyğəmbərin (s) və Quranın buyuruşlarından bu qənaətə gəlmək olur ki, qadın əgər gözəlliyini naməhrəmlərə göstərərsə və zinəti və incə səsi ilə onların diqqətini özünə cəlb etməyə çalışarsa, hicab taxmazsa – axirətdəki yeri cəhənnəm atəşi olacaqdır.

2. Saçından asılacaqdır. Həzrət Peyğəmbər (s) Meracda müşahidə etdiklərini belə nəql edir: “Bir qadını gördüm ki, saçından asılmışdı və başının beyni qaynayırdı. Saçından asılmış o qadın, həmin qadındır ki, saçlarını kişilərdən örtmürdü”.

3. Bədəninin ətini kəsmək. Peyğəmbər (s) Meracda gördüklərini belə nəql edir: “Bir qadını gördüm ki, bədəninin ətini qabaqdan və arxadan atəş qayçısı ilə kəsirdi. Bədənini qayçı ilə kəsən o qadın, həmin o qadındır ki, dünyada özünü naməhrəmlərin tamaşasına və ixtiyarına qoyurdu”.

4. Cismini yemək. Həzrət Rəsuli –Əkrəm (s) başqa yerdə buyurur: “Bir qadını gördüm ki, bədəninin ətini yeyirdi və aşağısından atəş şölələnirdi. Öz ətini yeyən qadın o qadındır ki, bədənini başqa insanlar üçün zinətləndirirdi”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930