Məsumlardan qadınlara aid hədislər
Mьəllif: admin1
Tarix: 19-02-2022, 10:33
Məsumlardan qadınlara aid hədislər
Həzrəti Peyğəmbər (s) buyurub: Merac gecəsi ümmətimdən olan bir sıra qadınları şiddətli əzab içində gördüm.

Saçlarından asılmış və beyni qaynayan bir qadının, onun dünyada nə əməl etdiyini soruşdum. Dediler: O( dünyada) öz saçlarını naməhrəm kişilərden örtmürdü.

Bədəni oddan olan qayçı ilə kəsilən qadını görüb onun dünyada nə əməl etdiyini soruşdum. Dediler: O özünü naməhrəm kişilərə nümayiş etdirir və onları özünə rəğbətləndirirdi.

Həzrəti Peyğəmbər (s) buyurub: Qadınların öz başlarını dəvə beli kimi etməsini gördükdə onlara lənət göndər. Onlar lənətlənmişdir və namazları qəbul deyildir.

Kişinin qadın öhdəsində olan haqqlarından biri budur ki, ərindən icazə almadan evdən çölə çıxmasın. Ən gözəl paltarlarını əri üçün evdə geyinib özünə ətir vursun.

Ondan icazəsiz başqasına bir şey verməsin. Əgər belə edərsə, günahı qadına, savabı isə ərə verilər. Habelə əri ondan qəzəbli halda yatmasın.

Bir qadın dedi; Ey Allahın elçisi! Əri ona zülm etsə belə?

Həzrəti Peyğəmbər (s) buyurdu: Bəli

İmam Sadiq (ə) buyurub: Ərini özündən incidən qadının namazı,onu özündən razı salmayınca qəbul deyildir.

Qadının cihadı öz əri ilə yaxşı rəftar etməsidir.

Az xərcli olmaq və asanlıqla doğmaq qadının bərəkətindəndir.

Həzrəti Peyğəmbər (s) buyurub: Hər bir qadın öz ərinə 7 gün xidmət edərsə, Allah təala cəhənnəmin 7 qapısını onun üzünə bağlayar, cənnətin 8 qapısını onun üzünə açar və beləliklə də istədiyi hər hansı qapıdan cənnətə daxil olar.

Həzrəti Peyğəmbər (s) buyurub: Öz ərinə su verən qadına bir ilin ibadəti yazılar. Həmçinin cənnətdə onun üçün bir şəhər tikilər və 60 günahı bağışlanar.

Həzrəti Peyğəmbər (s) buyurub: Xoş olsun əri ondan razı olan qadının halına. Allah 3 dəstə qadından qəbr əzabını götürüb, onları Fatimeyi Zəhra (s.ə) ilə məhşur edəcəkdir.

1-ci Öz ərinin qeyrətinə səbr edən qadın, 2-ci Öz ərinin soyuq (pis) əxlaqına dözən qadın, 3-cü Öz ərinə qarşı bağışlayan və mehriban olan qadın.

Həzrəti Peyğəmbər (s) buyurub: Kişinin öz yoldaşına Mən səni sevirəm deməsi qadının qəlbindən heç vaxt çıxmaz.

İmam Baqir (ə) buyurub: Qadınların kişilərə oxşaması caiz deyildir. Çünki paltar geyməklə özünü kişilərə oxşadan qadınları və özünü qadınlara oxşadan kişiləri lənətləmişdir.

İmam Sadiq (ə) buyurub: Biz Əhli Beytin düşməni, zinadan əmələ gəlmiş və anasının heyz halında qalmış uşaqlardır.



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031