PEYĞƏMBƏRƏ (S) VƏ ONUN AİLƏSİNƏ SALAVAT GÖNDƏRMƏK
Mьəllif: admin1
Tarix: 21-09-2019, 10:48
PEYĞƏMBƏRƏ (S) VƏ ONUN AİLƏSİNƏ SALAVAT GÖNDƏRMƏK
Quran:
"Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və onun əmrinə yaxşı tərzdə təslim olun."

Allahın Peyğəmbəri (s): "Harada olsanız mənə salavat göndərin, Çünki sizin salavatınız mənə gəlib çatır."

Allahın Peyğəmbəri (s): "Mənə salam və salavat göndərmək, sirat üstündə bir nurdur".

Allahın Peyğəmbəri (s): "Kim bir yazıda mənə salavat göndərsə, mənim adım həmin yazıda olanadək, mələklər daim onun günahlarının bağışlanmasını dilərlər".

Allahın Peyğəmbəri (s): "Ən xəsis insan, onun yanında mənim adım çəkiləndə mənə salavat göndərməyəndir".

İmam Əli (ə): "Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır".

İmam Baqir (ə) və ya İmam Sadiq (ə): "Qiyamət günü tərəziyə qoyulacaq ən ağır əməl Məhəmməd və Ali Məhəmmədə salavat göndərməkdir".

Peyğəmbərə (s) və onun ailəsinə salavat göndərməyin usulu

Allahın Peyğəmbəri (s) (O Həzrətə (s) salavat göndərməyin tərzinə dair sualın cavabında): "İlahi! Məhəmməd və Ali Məhəmmədə salavat göndər, necə ki, İbrahimə (ə) və Ali İbrahimə salavat göndərmisən.

Sən çox tərif olunan və böyüksən. Məhəmməd və Ali Məhəmmədə (ə) bərəkət ver, necə ki, İbrahimə və Ali İbrahimə bərəkət vermisən. Sən çox tərif olunan və böyüksən – deyin".



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930