Həzrət Zeynəbin (s.ə) qardaşı İmam Hüseynin (ə) müsibəti barədə sualları
Müəllif: Admin
Tarix: 12-01-2019, 10:26
Həzrət Zeynəbin (s.ə) qardaşı İmam Hüseynin (ə) müsibəti barədə sualları
Həzrət Zeynəb (s.ə) sevimli qardaşı İmam Hüseynə (ə) buyurur: “Ey qardaşım! Sənin müsibətin böyükdür, yoxsa Həzrət Adəmin?”.

İmam Hüseyn (ə) cavab verir: “Bacı! Həzrət Adəm (ə) Həvvadan ayrılandan sonra vüsala çatdı, ancaq mən ayrılıqdan sonra şəhadətə çatacağam”.

Həzrət Zeynəb (s.ə): “Qardaşım! Sizin müsibətiniz Həzrət İbrahimin (ə) müsibəti ilə müqayisədə necədir?”.

İmam (ə) buyurur: “Bacı! Atəş İbrahim (ə) üçün gülüstana çevrildi, ancaq mənim döyüş atəşim yandıracaqdır”.

Həzrət Zeynəb (s.ə): “Qardaşım! Sizin müsibət böyükdür, yoxsa Həzrət Zəkəriyyənin (ə) müsibəti?”.

İmam (ə) buyurur: “Bacı! Zəkəriyyəni (ə) dəfn etdilər, ancaq mənim bədənimi atların ayaqları altında qərar verəcəklər”.

Həzrət Zeynəb (s.ə): “Qardaşım! Sizin müsibət Həzrət Yəhyanın (ə) müsibəti ilə müqayisədə necədir?”.

İmam (ə) buyurur: “Bacı! Baxmayaraq ki, Yəhyanın (ə) başını zülm üzündən kəsdilər, ancaq qohumlarını əsir etmədilər. Ancaq mənim əhli-əyalımı şəhadətimdən sonra əsir edəcəklər”.

Həzrət Zeynəb (s.ə): “Ey qardaşım! Sizin müsibətiniz Həzrət Əyyubun (ə) müsibətinə nisbətdə necədir?”.

İmam (ə) buyurur: “Ey bacı! Əyyubun (ə) yaraları məlhəmi qəbul etdi və yaxşı oldu, ancaq mənim yaralarım yaxşılaşmayacaqdır”.

Allahım, bizləri İmam Hüseyni (ə) dərk etməkdən məhrum etmə!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031