Qeybətin insana 14 dünya və axirət təsiri
Mьəllif: admin1
Tarix: 19-01-2022, 11:06
Qeybətin insana 14 dünya və axirət təsiri
Əxlaq alimlərinin nəzərinə görə, qeybət başqa şəxsin heysiyyət və abır pərdəsini cırmaqdır.

Həzrət Peyğəmbər (s) qeybətə belə tərif vermişdir: “Qardaşını elə şeylə yada salasan ki, (onun) xoşuna gəlməsin”.

Qeybət kəbirə günahlardır ki, Quran ayələri və hədislər bu həqiqəti dəfələrlə təsdiq edib, ondan uzaq durmağa dəvət etmişdilər. Bəs bu günahın dünya və axirət təsirləri hansıdır?

Dünya təsirləri. Qeybətin dünya həyatında bir çox xoşagəlməz təsirləri vardır ki, onları tanıyaq:

1. Kin və düşmənçilik icad edər.

2. Bədbinlik hissi icad edər və etimadı aradan aparar.

3. Tərbiyəyə pis təsir edər və fəhşanı yayar.

4. İctimai həmrəyliyi aradan aparar.

5. İnsanın abrının təhlükəyə düşməsinə səbəb olar.

6. Tövhidə zidd olan əməldir.

Axirət təsirləri:

1. Dini aradan aparar.

2. Yaxşı əməllərin qəbul olmasına mane olar.

3. Qeybət edənin yaxşı əməlləri qeybət etdiyi şəxsə keçər.

4. Mükafatı təxirə düşər.

5. Cəzası tezləşər.

6. Qəbir əzabı görər. İbn Abbas nəql edir: “Qəbir əzabı üç hissəyə bölünür və onun üçdə biri qeybətə aiddir”.

7. Qiyamət günü çirkin şəkildə zahir olar.

8. İnsan İlahi vilayətdən xaric olar. İmam Sadiq (ə) buyurur: “Hər kim mömin qardaşında olan şeyə görə qeybət edərsə, Allah vilayətindən xaric olar və şeytanın hökumətinə daxil olar”.

Allah Təala bizləri qeybət zəlalətindən Özü hifz etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930