Taleləri həll edən 5 dəqiqə
Mьəllif: admin1
Tarix: 15-01-2022, 10:28
Taleləri həll edən 5 dəqiqə
Əgər Qiyamət günü əzaba düçar olmaq istəmiriksə, gərək dünyada beş dəqiqə özümüz üçün ayıraq.

1. Bir dəqiqə təfəkkür üçün. Əgər biz insanlar bir iş görməzdən əvvəl həmin iş haqqında çox yox, sadəcə bir dəqiqə düşünsək, peşmançılığa düçar olmarıq. Nalayiq işlərə tələsmək və onun nəticələri barəsində düşünməmək insanı ağır əzablara düçar edər.

Qurani-Kərim bu haqda buyurur: “Və deyərlər: «Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar cəhənnəm odunun əhli zümrəsində olmazdıq»”. (“Mulk” 10).


2. Bir dəqiqə Allahla ünsiyyət üçün. Allahla ünsiyyət və rabitədə olmamaq – insanın bədbəxt olmasının əsil amillərindəndir. Əgər insan Allahı yada salmazsa, şeytan (lən) onu yada salar və vəsvəsələri ilə özünə yaxınlaşdırar, Allahdan uzaqlaşdırar.

İmam Əli (ə) buyurur: “Hər bir mömin insanın vaxtı üç hissəyə bölünür:

1. Bir vaxt münacat, dua və ibadət üçündür.

2. Bir vaxt ruzi qazanmaq üçündür.

3. Bir vaxt da gəzmək və halal ləzzətlərdən istifadə etmək üçündür.

Aqil insan bu üç vaxtdan qeyrisində vaxtını keçirtməz”.


3. Bir dəqiqə nəfsi hesaba çəkmək üçün. Yaxşı olar ki, hər birimiz yatmazdan əvvəl bir dəqiqəmizi nəfsimizi hesaba çəkmək üçün ayıraq.

Gün ərzində gördüyümüz işləri sadəcə bir dəqiqədə gözümüzün önünə gətirək və onun hesabını çəkək.

İmam Kazım (ə) buyurur: “Bizdən deyildir o kəs ki, hər gün əməllərini hesaba çəkməz. Əgər yaxşılıq edibsə, Allahdan istəsin ki, daha çox yaxşılıq etsin.

Allaha ona görə şükür etsin. Əgər pislik edibdirsə, Allahdan bağışlanma istəsin və tövbə etsin”.


4. Bir dəqiqə istiğfar üçün. İnsan bu dünyanı tərk etməzdən əvvəl ölüm üçün hazır olmalıdır. Pis əməllərinə görə hələ fürsəti varkən istiğfar və tövbə etməlidir.

İmam Əli (ə) buyurur: “Bizim qəsdimiz budur ki, ölməmişdən tövbə edək. Ancaq tövbə etmirik o zamana qədər ki, ölürük”.

5. Bir dəqiqə Allahın kəlamını eşitmək üçün. Quran – Allahın kəlam kitabıdır. Əgər onun nəsihətlərinə qulaq asılarsa, qəflətdə olanları oyadar və bədənləri titrədər.

“Allah sözün ən gözəlini – ayələri biri digərinə bağlı və bir-birini açıqlayan, təfsir edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi və mənasının dərinliyi baxımından) bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir.

Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar.

Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqamətləndirir. Allah kimi azğınlıqda boşlasa (müvəffəqiyyəti ondan alsa), onun heç vaxt bir yol göstərəni olmayacaqdır”.
(“Zumər” 23).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930