"Şərif Hərəmlər"in idarə edilməsinə nəzarət üzrə beynəlxalq heyət yaradılıb
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Əl-Cəzirə telekanalı Ərəbistanın "Şərif Hərəmlər" və vəhy diyarındakı müqəddəs və tarixi məkanları necə idarə etməsinə nəzarət üzrə Malayziyada beynəlxalq bir heyətin yaradılmasından xəbər verib. Bu beynəlxalq heyət özünün ilk bəyanatında müqəddəs məkanlardan siyasi məqsədlər üçün istifadə edilməsinə mane olmağa çalışacağını bildirib.
Bu bəyanatda deyilir: "Beynəlxalq Nəzarət Heyəti Məkkə və Mədinə şəhərlərinin İslam mahiyyətinin məhv edilməsinin qarşısını almaq üçün yollar tapmağa çalışacaq." Ərəbistan hazırda Məkkə və Mədinə şəhərlərində abadlıq əməliyyatları adı altında bu müqəddəs məkanların tarixi və islam mahiyyətini məhv etməyə çalışır. Ərəbistanın "Şərif Hərəmlər" və müqəddəs məkanları necə idarə etməsinə nəzarət üzrə Beynəlxalq Nəzarət Heyətinin əsasnaməsində deyilir: "Bu heyət Ərəbistanın zəvvarlar və hacıların sağlamlığına mənfi təsir göstərən birtərəfli rəftarlarını önləməyə habelə, tutarlı səbəb olmadan müqəddəs məkanların qapılarının zəvvaraların üzünə bağlanılmasına mane olmağa çalışacaq." Bu heyət həmçinin Ərəbistanın İslam ölkələri arsında həcc kvotalarının bölüşdürülməsində ədalətə riayət etməsindən və dini mərasimləri siyasiləşdirməməsindən əmin olmaq istiqamətində də tədbirlər görəcəyini deyib. Bu heyət daha sonra ötən 100 ildə Ərəbistanın müqəddəs məkanlardan öz siyasi məqsədləri üçün istifadə etməsi barədə və bu xüsusda yol verilən qanun pozuntuları haqda araşdırmalar həyata keçirəcəyini və bu xüsusda Ərəbistana tövsiyələr edəcəyini bildirib. Oxşar xəbərlər
|