Allahı tanımağın asan yolu
Mьəllif: admin1
Tarix: 7-01-2018, 10:27
Allahı tanımağın asan yolu
İmam Həsən Əsgəri (ə) nəql edir: “Bir nəfər İmam Sadiqdən (ə) Allahı tanımağın yolunu soruşur.

İmam (ə) ona buyurur:

- Ey Allah bəndəsi! Gəmiyə minmisən?

Deyir:

- Bəli.

Buyurur:

- Elə olubdur ki, mindiyin gəmi xarab olubdur və minmək üçün başqa gəmi də olmayıbdır və üzməyin də faydası olmayıbdır?

Deyir:

- Bəli.

Buyurur:

- Həmin anda qəlbində o kəsə diqqət etmisən ki, sənə nicat verə bilər?

Deyir:

- Bəli.

Buyurur:

- Qəlbinin o halda diqqət etdiyi kəs həmin Allahdır ki, nicat verə bilər””.

Allah Təala bizləri hər zaman Ona diqqət edənlərdən qərar versin, inşəallah!


/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930