Həm ailəni və özünü təmin et, həm də yoxsulların haqqını əda et
![]() Allah hər bir canlının Ruziverənidir. Bəzilərinə az və bəzilərinə də çox verər. O kəslərin ki, ruzisi çox olar, onların vəzifəsi və məsuliyyəti də ağır olar. Çünki onların malında yoxsul insanların payı vardır və bu pay onlara çatmalıdır. Əks halda həmin şəxs günah edər və ağrılı əzaba düçar olar. Lakin dinimiz demir ki, əlində nə varsa, hamısını gərək infaq edəsən, xeyr. Buyurur ki, malının bir hissəsini infaq et ki, mal toplamaqda həddi aşmayasan. Quranda buyurulur: “(Malınızı) Allah yolunda xərcləyin və (cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (“Bəqərə” 195). Dinimiz buyurur ki, nə mal toplayan zaman həddi aş, nə də infaq edən zaman. Gərək mötədil olasan. Nə qızıl və gümüş toplayaraq yoxsulların haqqını ye, nə də malının çox hissəsini infaq edərək ailəni əziyyətə sal. Etidala riayət edərək, həm ailəni və özünü təmin et, həm də yoxsulların haqqını əda et. Dinimiz heç bir sahədə həddi aşmağı bəyənmir – istər ibadətdə olsun, istərsə də başqa məsələlərdə. Ona görə də hər kim mal toplayan zaman həddi aşarsa və hərislik, tamahlıq ona qələbə çalarsa – onu ağrılı əzablar gözləyər. Hər kim malını infaq etməkdə həddini aşarsa, Allahın bəyənmədiyi əməli yerinə yetirmiş olar və ailəsini əziyyətə saldığı üçün günah işlədər. /Deyerler.org/ Oxşar xəbərlər
|