Həvarilərinin ayağını yuyan Həzrəti İsadan (ə) bəşəriyyətə əxlaq dərsi
Mьəllif: admin1
Tarix: 26-12-2017, 21:16
Həvarilərinin ayağını yuyan Həzrəti İsadan (ə) bəşəriyyətə əxlaq dərsi
Elm məsələsi daima maraq və öz ardınca da sual doğuran məsələlərdəndir. Hər kəs bu mövzunu öz baxış çevrəsində dəyərləndirməyə çalışır. Halbuki, Allah Rəsulu (s) elmi Allahı tanımaq kimi dəyərləndirir. Çünki elmin mənşəyi və əsli Allahu Təbarəkə və Təaladır.

Elm bilmək mənasındadır. İnsan bildiklərinin mənşəyini tanımırsa, bu onda elmi hasil etmir. Allah Təala insana elmin potensialını verib. İnsan da zaman-zaman o potensialı kəşf edib üzə çıxarır.

Belə nəql olunur ki, bir gün Hz. İsa (ə) öz həvariləri ilə oturmuşdu. İsa (ə) peyğəmbər onlara dedi:

Sizdən bir şey istəyəcəm, yerinə yetirəcəyinizə söz versəniz onu sizə deyərəm. Həvarilərin hamısı bir ağızdan: Buyur ey Allahın peyğəmbəri! Hər nə istəsən itaət edərik dedilər.

İsa (ə) yerindən qalxıb bir-bir həvarilərin ayağını su ilə yumağa başladı. Həvarilər çox narahat oldular. Amma söz verdikləri üçün tabe oldular. Onlardan biri dedi: Sən bizim müəllimimizsən. Daha layiqdir ki, biz sənin ayaqlarını yuyaq.

İsa (ə) buyurdu:

“Mən bu işi sizi başa salmaq üçün edirəm. İnsanların ən üstünü camaatın işlərini öhdəsinə alan alimdir. Mən bu işi etdim ki, təvazökarlıq edəm və siz də bundan dərs alasınız. Məndən sonra camaatın təlim və digər işlərini öhdənizə alanda, öz yolunuzu xidmət və təvazökarlıqla işıqlandırasız. Xüsusən də (insanda) hikmət və elm təvazökarlıqla hasil olur, nəinki təkəbbürlü olmaqda. Necəki bitkilər yerin yumşaq, münbit yerində bitər, nəinki daş kimi bərk yerlərində”

Mənbə: Ustad Mutəhhəri Dastane rastan. c-1. s-. 233



Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930