Allah əmr etmişdi ki, Günəş Həzrət Əliyə (ə) cavab versin
Mьəllif: admin1
Tarix: 4-02-2023, 22:46
Allah əmr etmişdi ki, Günəş Həzrət Əliyə (ə) cavab versin
Əbuzər nəql edir: “Bir gün Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Nə zaman sabah günəş çıxacaq, Bəqi səhrasına get və yüksək bir yerdə dayan.

O zaman ki, günəş çıxacaq, ona salam ver. Həqiqətən, Allah Təala ona əmr etmişdir ki, sənə cavab versin”.


O zaman ki, sabah səhər oldu, Əmirəl-möminin (ə) yanında ənsar və mühacirlərdən olan bir dəstə səhabə ilə birlikdə Bəqiyə gəlib çatdı. Yüksək bir minbərin üstündə dayandı.

O zaman ki, günəş çıxdı, buyurdu: “Salam olsun sənə, ey Allahın yeni xəlq etdiyi və mütisi!”.

Səmadan səs eşidildi: “Salam olsun sənə, ey əvvəl, ey axır, ey zahir, ey batin, ey o kəs ki, hamıdan daha çox bilənsən!”.

Bu zaman olanların hamısı günəşin sözlərini eşidib, bihuş oldular. Bir müddət sonra özlərinə gəldilər. Əmirəl-möminin (ə) artıq həmin yerdən geri qayıtmışdı.

Onlar Peyğəmbərin (s) yanına gəldilər və dedilər: “Ey Rəsul! Biz Əli (ə) haqqında deyirik ki, bizim kimi insandır. Ancaq günəş ona elə xitab etdi ki, Allah özünə o cür xitab edir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ondan nə eşitdiniz?”.

Dedilər: “Eşitdik ki, günəş deyir: “Salam olsun sənə, ey əvvəl!””.

Buyurur: “Düz deyib. O, ilk kəsdir ki, mənə iman gətirmişdir”.

Dedilər: “Günəş deyir ki, ey axır”.

Buyurur: “Düz deyibdir. O, son insan olacaqdır ki, mənim əmrimi öhdəsinə götürəcəkdir. Mənə qüsl verəcək, kəfənləyəcək və qəbrimə qoyacaqdır”.

Dedilər: “Günəş dedi: “Ey zahir!””.

Buyurur: “Düz deyib. O, həmin o kəsdir ki, elmimi zahir edəcəkdir”.

Dedilər: “Günəş dedi: “Ey batin!””.

Buyurur: “Düz deyib. Mənim bütün sirrimi gizlədir”.

Dedilər: “Eşitdik ki, deyir: “Sən hər şeyi bilənsən””.

Buyurur: “Düz deyib. O, halal və haramı, sünnət və vacibatı və ona bənzər olan şeyləri daha çox biləndir”.

Ayağa qalxıb dedilər: “Muhəmməd (s) bizi qaranlığa atdı” və məsciddən xaric oldular”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031