“Allaha yardım edin” ayəsində məqsəd nədir?
Mьəllif: admin1
Tarix: 24-12-2021, 11:31
“Allaha yardım edin” ayəsində məqsəd nədir?
Allah Təala barəsində etiqad və əqidəmiz budur ki, Allah yeganədir, misli yoxdur ki Onu nəyəsə bənzədək. O qüdrət və qüvvət sahibidir. Hətta bütün qudrətlilərin qudrəti Ondandır. Bəs bu ayədəki “ Əgər Allaha yardım etsəniz” ifadəsindən məqsəd nədir?

Qurani Kərim ayələri, hətta yüksək idrakla deyilmiş peyğəmbər (ə) və imam (ə) kəlamları belə təfəkkür və dərin düşüncə istəyir. Bu kimi kəlamlar təkcə tərcümə ilə kifayət etmir. Öz ardıyca düşüncə və təhlil istəyir.

Bu səbəbdəndir ki, tərcümə ilə kifayətlənən bəziləri ayələrdən irad tutmağa çalışır. Hətta bu ayəni əldə bayraq edib nöqsan axtarırlar. Əllamə Məhəmməd Hüseyn Təbatəbai bu ayənin təfsirində (açıqlamasında) buyurur:

“Bu ayə möminləri Allah yolunda mübarizəyə təhrik edir və onlara kömək, qələbə vədə verir. “ Allaha köməkdən “ məqsəd Allah yolunda cihad və mübarizədir. Həmçinin məqsəd Allah dininin və haqq kəlmənin ucaldılmasıdır. Cihadda məqsəd təkcə o deyil ki, döyüşüb şücaət və hünər göstərəsən, qənimətlər əldə edəsən. (Məqsəd Allahın dinini və haqq kəlmə olan la ilahə illəllahı yayasan).

Həmçinin “Allah da sizə yardım edər” ayəsindən məqsəd Allah sizin üçün qələbə təmin edər deməkdir.

İmanın laziməsi və şərtlərindəndir ki, insan Allah dininin yayılması və genişlənməsi üçün əməli fəaliyyət göstərsin. Allah dini yolunda (hər növ) cihad da bu göstəricilərdəndir. Hər kim öz fikri, dili, əməli ilə Allah dininə yardım etsə, Mütəal Allah da ona yardım edər.

Allahın xeyir-bərəkətini almaq insan səyindən asılıdır”.

(Təfsiri Mizan. C-18. S-346) (Təfsiri Nur. C-9. S-67)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031